Dağıstan hökuməti istefaya göndərilib

Dağıstanın başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev respublika hökumətini istefaya göndərib.

"Report” xəbər verir ki, hökumət sədri səlahiyyətlərinin müvəqqəti icrası Anatoli Şamsutdinoviç Qəribova həvalə edilib.

Hökumətə yeni tərkib formalaşdırılanadək öz fəaliyyətini davam etdirmək göstərişi verilib. Fərman imzalandığı gündən qüvvəyə minib.

Bundan əvvəl Dağıstanın baş naziri vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidovun evində aparılan axtarış zamanı qızıl TT tapançası, "Beretta” tapançası və iki "Kalaşnikov” avtomatı aşkar edilərək götürülüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300