Avropada YPG-yə gizli dəstək: general işdən qovuldu

 

Belçikanın hərbi kəşfiyyatının Brüsseldə YPG liderləri ilə görüşdüyü, razılaşma əsasında terror qruplaşmasına təlim keçildiyi bildirilib.

Axar.az xəbər verir ki, 2016 və 2017-ci illərdə görüşən tərəflər İraqda və Suriyada YPG-yə təlim keçilməsi və zəruri dəstəklə təmin olunması barədə razılığa gəliblər. Razılıq əsasında YPG-yə gecəgörmə cihazlarının müəyyən edə bilmədiyi hərbi formaların verilməsi nəzərdə tutulub.

Məlumata görə, kəşfiyyat idarəsindəki 8 nəfərin terror qruplaşması ilə bu gizli münasibətdən narazı qalması, Baş Qərargaha və Müdafiə Nazirliyinə məktub yazması ilə gizli sövdələşmənin üstü açılıb. Məsələyə müdaxilə edən Belçika xüsusi xidmət orqanları həqiqətən şikayət məktubunda yazılanların doğru olduğunu anladıqdan sonra hərbi kəşfiyyatın rəhbəri general Eddi Testelmans istefaya məcbur edilib.

Eddi Testelmans koalisiyanın uçuşları sırasında belçikalı bir F-16 pilotunun YPG-nin əli ilə xilas edilməsi və İŞİD sıralarındakı Belçika vətəndaşlarının siyahısını əldə etmək üçün terror qruplaşması ilə əməkdaşlıq edib. Baş Qərargahdan və Müdafiə Nazirliyindən Türkiyə ilə münasibətlərə görə icazə ala bilməyəcəyini bilən general məsələni gizli şəkildə həyata keçirməyə çalışıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300