''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir.../FOTO
Babək prospektində yaranan iyin əsil səbəbidə
kanalizasiya borularının zədəli olmasından irəli gəlməkdədir... Bu gün görüləcək
iş o iyin illər boyu yenidən hiss edilməsinə aparır...
Yağış – kanalizasiya sisteminin yenidən qurulması zamanı gələcəkdə ciddi fəsadlara
səbəb olacaq yanlışlıqlara yol verilir. Dəmir boruların üzəri yumşaq qumla
örtülməli olduğu halda daşlı torpaqla örtülür. Qeyd edək ki, yol çəkilişi ilə
birgə aidiyyatı qurumlarında yol təmiri zamanı içməli suyun turbalarının dəyişdirilməsi
ilə yanaşı kiçik bir detallara qədər hər bir şey nəzərdən keçirilərək layihənin
sonlandırılması gözlənilməkdədir. Amma bu gedişlə layihənin suquta uğraması təmir
edilən yolun qısa müddətdə dağılma ehtimalının olduğu müşahidəmizdən yan keçməyib.
Babək prospektinin daim yararsız asfalt örtüyü olmasının başlıca səbəblərindən
biridən kanalizasiya boruların zədəli olmasından və ordan axan suların yerin
üst qatında çökmə verməsinə rəvac verib. Bu gün görülən işin sabaha olacaq nəticəsinində
eyni olaraq qalması göz qabağındadır. Batırılan boruların üzərinə yumuşaq
torpaq əvəzinə "katlavan" və ya kariyerlərdən gələn tulantıların
tökülməsidir.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi paytaxtın nəqliyyat sistemində
mühüm əhəmiyyətə malik Babək prospektinin yenidən qurulması işlərinə start
verib. Prospektin uzunluğu 9.2 km, eni isə 24 m təşkil edir. Yolda 3 gediş və 3
gəliş olmaqla hərəkət zolaqlarının sayı 6-dır. Xatırladaq ki, Babək prospekti
üzərində tikilən qovşaqlar nəqliyyatın hərəkətini xeyli sürətləndirməyə
hesablansa da, əslində gələcəkdə baş verə biləcək hadisələr bu əminliyimizə
kölgə salır. Hal–hazırda qovşaqlar da daxil olmaqla yol uzun illər istismar
olunduğundan, hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ
gəlib. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb
olur. Məhz bütün bunlar nəzərə alınaraq "Azərbaycan Avtomobil Yolları” Dövlət
Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə
başlanılıb. Aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün
üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının
yararsız qruntu qazılaraq çıxarılır. Bunun əvəzinə yenidən kipləşdirmə işləri
aparılır. Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət
hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa
olunacaq, zəruri olan yerlərdə yeni sistem qurulacaq. Lakin ölkə.cənab
Prezidentin müvafiq Sərəncamı ilə Ziya Məmmədovdan qurtulsa da, "Azərbaycan
Avtomobil Yolları” Dövlət Agentliyi Babək prospektində məhz Ziya Məmmədovun
"taktikası” ilə işləyir. Xatırladaq ki, eks-nazirin hökmranlığı dönəmində çəkilən
yolların hər km-i fantastik qiymətlərlə hesablanaraq 30-50 illik istimar müddəti
qoyulsa da, milyonlarla manata başa gələn yol, məhz ilk yağan yağışdan sonra
keyfiyyətini dəyişirdi. Etibarlı mənbədən daxil olan məlumata əsasən Ziya Məmmədov
nazir olduğu dönəmlərdə tabeçiliyində olduğu təşkilatların icra etdikləri işlər
zamanı özünün istehsal və ya idxal etdiyi məhsulllardan istifadəni hər kəsin
qarşısında şərt kimi qoyurmuş. Bu gün Babək prospektində aparılan işlər zamanı
da ənənə davam edir. Səhlənkarlıq, ucuz mal-material və s.
BakuNews.az-a etibarlı mənbədən daxil olan məlumata görə mövcud yağış –
kanalizasiya sisteminin yenidən qurulması zamanı gələcəkdə ciddi fəsadlara səbəb
olacaq yanlışlıqlara yol verilir. Belə ki, yağış – kanalizasiya sisteminin
yenidən qurulması zamanı dəmir boruların üzəri yumşaq qumla örtülməli olduğu
halda əslində isə daşlı torpaqla örtülür. Bu isə həmin boruların istismara
verilmədən öncə ciddi zədələnməsinə səbəb olur. Mənbənin bildirdiyinə görə
daşlı torpaq yumşaq qumdan daha ucuz qiymətə olduğu üçün podratçı təşkilat bu məsələyə
daha çox üstünlük verir. Xatırladaq ki, 9,2 km uzunluğunda olan prospekt boyu
bu cür "qiymət” siyasəti ciddi məbləğli dövlət vəsaitinin mənimsənilməsi deməkdir.
Onu da qeyd edək ki, dəmir boruların üzərinə tökülən daşlı torpağın yaradacağı
fəsadların aradan qaldırılmasına xərclənəcək dövlət vəsaiti isə daha ciddi məbləğdə
olacaq. Yeni çəkilmiş asfalt örtüyünün, yol yatağının və zədələnmiş boruların bərpası,
işçi qüvvəsi və s. Bu kimlər üçünsə növbəti qazanc yeridirsə, dövlət büdcəsi
üçün isə ciddi itkidir. "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin
birbaşa nəzarəti altında aparılan yol infrastrukturunun qurulması işlərinin
2018-ci ildə yekunlaşması nəzərdə tutulsa da, el məsələni günümüzün tələb
olunan forması ilə xatırlatmaq yerinə düşərdi: Bu layihə hələ çox pul aparacaq.
Amma dövlət büdcəsinə deyil, məhz kimlərinsə cibinə?
Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən müəssisələrində mövqeyini dərc etməyə hazırıq.///BakuNews.az