Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidovun yeni ruşvətalma mexanizmi
Son günlər KİV-də bəzi ümumtəhsil müəssisələrdə baş verən neqativ hallarla bağlı yazılar dərc olunur.Baxça,məktəb,kollec,universitetlərlə bağlı olan problemlərin kökündə üeyri-qanunu yığılan rüşvətlər göstərilir.Uluyol.info xəbər verir ki,bu dəfə anoloji halla bağlı teref.info -nun elektron poçtuna şikayət ünvanlanıb.Uluyol.info həmin şikayət məktubun təqdim edir:

"Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov TƏLƏBƏLƏRİ KƏSRDƏ SAXLAYARAQ yeni rüşvətalma mexanizmi ilə işləyir.Əlaltıları olan musiqi şöbəsindən Günay İsgəndərova ,Xuraman Ələkbərova və muavin Aysel Mehdiyeva kəsr imtahanlarını 50 manata yazdırırlar.Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidovun bu gün ki, fəaliyyətində korrupsiya faktları vardır. LDHK-da rüşvətxorluq,özbaşınalıq və qanunsuzluqlar həddini aşıb. Ruslan Həmidov bu təhsil ocağıni bazara,kimlərinsə gəlir mənbəyinə çevirmişdir. Kollecdə bufet anti-sanitariya qaydasındadır.Ruslan bufeti vergilərdən gizlədir və hər ay bufetdə Ağa adlı şəxsdən 300 manat haqq alır.Bufet heç yerdə qeydiyyatda deyildir.Kollecin budcəsi təyinatı üzrə düzgün bölünmür.Vəsaitlər kiminsə cibinə xidmət edir.Bu yaxınlarda bir gunə sildiyi 12.000 manat dəftərxana ləvazimatından heç kim faydalanmayıb.Ruslan kollecin musiqi şöbəsinin müdiri Fikrətlə birləşərək 86.000 manat pulu guya şöbənin təmirinə sərf etmiş və işə götürdüyü qohumu meyxanaçi Natiqin əli ilə xərcləmişdir.O hal –hazırda Rusiyadadır.Tələbələrin təqaüdləri,müəllimlərin maaşları düzgün hesablanmır. Hamı şikayətçidir.- Kollecin İngilis dili müəllimi Aysel Mehdiyevanı heç bir rəhbərlik təcrübəsi olmadan kollecə birbaşa tədris hissə müdiri vəzifəsinə təyin etmişdir.Səbəbi aydındır A.Mehdiyeva R.Həmidovla əlbir olaraq kollecə bərpa olunan tələbələrin qeydiyyatını aparmaqdan ötrü rüşvət yığaraq vasitəçilik edir.Tələbələrə diplomları 100 manat alaraq verir.Kollecin qiyabi şöbə müdiri Xuraman Ələkbərova bir tələbədən semestr imtahanı üçün 150-200 manat, kurs işi üçün 30 manat, yoxlama yazı işi üçün 20 manat, son kurs tələbələrin dövlət imtahanları üçün 300-400 manat pul yığır. Xuraman xüsusi dəftər də pul aldıqlarının siyahısı yazılır və sumkasında saxlayır.
Kollecin musiqi şöbə müdiri Fikrət Kərimli semestr imtahanı üçün bir tələbədən 150-200, son kurs tələbələrin dövlət imtahanı üçün 250-300 manat pul yığır. Ona kömək Günay İsgəndərova  edir.Musiqi şöbədə dərslə tədris planlarına uyğun bölünməmişdir. Kollecin Pedaqoji təcrübə rəhbəri diplom qabağı pedaqoji təcrübədə iştirak edən tələbələrin qiymətlərini şişirdilib yazılmasına 100 manat, təcrübədən yayınmaqdan ötrü isə 200 manat rüşvət yığır.Pedaqoji təcrübənin saatları səhf verilmiş,tədris planına uyğun verilməyib. Kollecin bədən tərbiyə müəllimi Salayev Fariz və baş labarant komissiya üzvu təyin edərək kəsr imtahanından hər tələbədən 1 kəsrə görə 50 manatdan rüşvət alırlar Kollecin psixoloqu və tərbiyəvi –təşkilatçi Ruslanın tapşırığı ilə kollecdə icazə işinə nəzarət edirlər.Beləki 1 günə 10 manat,6 günə 40 manat,15 günə 100 manat, 1 aya 200 manata icazə verilir. Aylarla dərsə gəlməyib Bakıda və Rusiyada yaşayanlar vardir ki, onlar 300 manat pul verirlər Hələ bilmədiyimiz çox şeylər əmr kitablarında vardır. Qanunsuz tələbə köçürmələri,tələbə qəbulları,maliyyə vəsaitlərin mənimsənilməsi, tələbələrə qarşı hüquqa zidd hərəkətlər,kadrların qeyri-şəffaf yerləşdirilməsi, kollecə rəhbərlik və nəzarətdə ciddi nöqsanlar,dərsə davamiyyətin zəif olması,bəzi fənnlərin ümümiyyətlə tədris olunmaması Qiyabi şöbədə dərslərin dərs cədvəlinə uyğun tədris edilməməsi və yüklərin düzgün bölüşdürülməməsı,təhsil sənədlərinin alınması , paylanması və uçotunun aparılmaması, mühasibatlıqda müxtəlif mövzular üzrə satınalma prosedurlarını mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmaması və invertarların alınmasında özünün yaratdığı MMC vasitəsi ilə pulların mənimsənilməsi,satınalmada qeyri-şəffaflıq və sairə kimi neqativ halları Ruslan Həmidov,Xuraman Ələkbərova,Fikrət Kərimov kimi dələduzlar cinayət törətmiş.... kolleci gəlir-mənfət mənbəyinə cevirmişlər."   
Valideyn Nizami Axundov-Lənkəran Şəhər sakini -30 .01.2016

Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300