Ronaldo sabah oynayacaq?
"Real"ın futbolçusu Kriştiano Ronaldo La Liqanın 22-ci turunda "Levante"yə qarşı matçda oynayacaq.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, baldır əzələsində zədə səbəbindən bir neçə gündür trenajor zalında məşq edən portuqaliyalı hücumçununun sözügedən oyuna kimi hazır olacağı bildirilib.
Qeyd edək ki, "Levante" - "Real" görüşü sabah keçiriləcək.