Hikmət Hacıyev:
"Həmsədrlər Azərbaycana fevralın
6-da gələcəklər"
ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana fevralın 6-da gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.
Bu barədəMusavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O deyib ki, səfər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələr davam etdiriləcək.