Borçalı Cəmiyyətində möhtəşəm anım mərasimi keçirilib- FOTOLAR

 

Yanvarın 31-də Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günündə Borçalı Cəmiyyətində ölkənin tanınmış ictimai siyasi xadimlərinin iştirakı ilə maraqlı və öz növündə unikal bir mərasim keçirilib.

 

Cəmiyyətin "Sağlığında heykəlləşənlər" layihəsi çərçivəsində məhz bu əlamətdar gündə keçirilən növbəti tədbiri əsası Milli liderimiz tərəfindən qoyulan istiqlal ideyalarının layiqli davamçısı, tanınmış ictimai siyasi xadim, istiqlalçı millət vəkili, professor Hacıbaba Əzimova həsr edilib.

 

Azərbaycan Respublikasının Dövlət himni səslənəndən sonra tədbirin aparıcısı Borçalı Cəmiyyətinin sədr müavini Rüfət Muradlı Məhəmməd Əmin Rəsulzadə zirvəsi haqda qısa məlumat verdikdən sonra "Sağlığında heykəlləşənlər" layihəsinin bu günkü özəl gündəki qonağının Hacıbaba Əzimovun olmasının da tarixi qanunauyğunluq olmasına diqqətə çatdıraraq sözü Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verib. Z. Məmmədli tədbir iştirakçılarını M.Ə.Rəsulzadənin doğum günü münasibətilə təbrik edib salamlayaraq Borçalı Cəmiyyətinin milli dəyərlərimizin qorunması yolundakı missiyasının heç zaman dəyişmədiyinin və 31 yanvar tarixində belə bir mərasimin keçirilməsini də məhz bu ənənənin davamı adlandırıb. Borçalı Cəmiyyətinin sədri öz çıxışında 2018-ci ilin istər Azərbaycanda, istərsə də Gürcüstanda Cumhuriyyət ili olmasına da işarə edib və hər iki ölkədə demokratik dəyərlərin qorunması və inkişaf etdirilməsinə səsləyib.

 

Sonra Z. Məmmədli Hacıbab Əzimovu 80 illiyi münasibətilə də təbrik edərək ona Borçalı Cəmiyyətinin xüsusi mükafatını təqdim edib. Professor H. Əzimov isə öz çıxışına Məhəmməd Əmin Rəsulzadə yolu haqda düşüncələri ilə başlayaraq iştirakçılara və tədbirin təşkilatçılarına təşəkkürünü bildiri . Çıxışına öz həyat yolu haqda davam edən istiqlalçı deputat özəlliklə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının qəbul edilməsi prosesi haqda tədbirə qatılanlara öz xatirələrini danışıb və o dövrün həqiqətlərini bölüşüb. Professor H.Əzimov öz çıxışını pedoqoji fəaliyyəti ilə bağlı gördüyü işlərlə davam etdirib.


 

Daha sonra 31 yanvarın tariximizdəki yeri və professor Hacıbaba Əzimov haqda məhz belə bir gündə mərasim keçirilməsinin önəmi haqda, eləcə də Hacıbaba Əzimov şəxsiyyəti ətrafında ölkənin tanınmış ziyalıları Mehriban Vəzir, Qulu Məhərrəmli, istiqlalçı deputatlar Sülhəddin Əkbər, İxtiyar Şirin, keçmiş baş nazir Pənah Hüseyn, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Borçalı Cəmiyyəti İH-nin üzvü Mahmud Hümmətov, şair Qivi Pasxataşvili, Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev, şair Süleyman Səmədoğlu və başqaları çıxış edərək öz fikirlərini bölüşüblər.

 

Tədbirin sonunda Borçalı Cəmiyyətinin sədri bir daha M.Ə.Rəsulzadənin doğum günü münasibətilə iştirakçıları təbrik edərək istiqlalçı millət vəkili Hacıbaba Əzimovun acan sağlığı diləyib. Bayram ovqatlı mərasim Aşıq Cahangir Quliyevin sazda Ruhani havası ilə sona çatıb.

 

 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300