Lavrov: "ATƏT birgə səylərimizlə Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə davam edəcək"

 

"Bizim birgə səylərimizlə ATƏT Dağlıq Qarabağda münaqişənin həllinə töhfə verməyə davam edəcək".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfano ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Rusiya XİN başçısı ATƏT sədri ilə görüşdə ATƏT məkanındakı münaqişələri müzakirə etdiklərini söyləyib: "Bizim birgə səylərimizlə ATƏT Dnestryanıda, Dağlıq Qarabağda münaqişələrin qarşısını almağa töhfə verməyə, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması ilə bağlı Cenevrə müzakirələrinə sədrlik etməyə davam edəcək.

ATƏT eləcə də, Balkanlarda işləməyə davam edəcək. Hər şeydən öncə biz, ATƏT-in Kosovoda aktiv rol oynamasını görmək istəyirik".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300