Neftçala Təhsil şöbəsində nə baş verir ?Uluyol.info xəbər portalı olaraq Təhsil şöbəsin mövcud durumu ilə bağlı araşdırma apardıq.Xatırladaq ki,hər il TQDK-nın yekun imtahanlarla bağlı hesabatında Neftçala rayonu birincilər siyahısında olub.Amma son illər bu rayonda təhsilin aşağı düşməsinin şahidiyik.Məktəblərdə davamiyyət aşağı səviyyədədirsə, bu təhsil ocaqlarında inkişafdan söhbət belə getməz.Qışın bu çovğununda şagirdlər soyuq binalarda dərs alırlar.Davamiyyət və soyuq dərs otaqlarının həlli üçün Rayon Təhsil şöbəsi nə qədər çalışdı?
Davamiyyətin aşağı səviyyə də olmasına səbəb: soyuq dərs otaqları və repitetr yanına hazırlığa gedən şagirdlər.Əgər məktəblərdə düz əməlli dərs keçirilsə,şagird repitetr yanına getməz.Onsuzda iqtisadi problemlərlə yaşayan valideynlər məcbur qalır ki,övladın hazırlığa göndərsin.Bunda maraqlı olan qüvvlər var.

Uluyol.info xəbər verir ki,dəfələrlə KİV-də rayon Təhsil şöbəsi bağlı davamiyyətdə yaranan problemin elə rəhbərliyin icazəsi ilə olduğu vurğulanır.Belə ki,şagirdə dərsdən yayınmasına şərait yaradan direktorlar müəyyən məbləğ müqabilində buna göz yumurlar.Dərsdən yayınan müəllimdə direktora maaşından bir qismin verməklə evdə şagird hazırlaşdırır.Əgər təhsil evdə keçiriləcəksə,o zaman məktəb niyə xidmət göstərir?

Məktəblərdə davamiyyətin aşağı olma səbəblərində biridə soyuq dərs otaqlarının olmasıdır.Belə ki,istilik sistemi olmayan daş binada soyuq qış aylarında dərs keçirilməsi mümkünsüz hala gəlir.Xatırladaq ki,Neftçala rayonunda Qaz xətləri çəkilməyə başlayıb və artıq bir neçə məktəbin yanından keçən qaz boruları nədənsə məktəblərə çəkilmir.Qaz təhcizatı işçiləri bunun üçün sinif otaqlarında kombi sisteminin qurulmasın vacib bilirlər.Hər şeydən önəmli olan təhsilimizin inkişafıdır ki,bunun üçün adiyyatı orqanlar sinif otaqların kombi sistemi ilə quraşdırlımasına tez bir zamanda başlamalıdır.Axı o sinif otaqlarında gələcəyimizin qarantisi olacaq kadrlar təhsil alır.Gələcəyimizin sağlam böyüməsi üçün qısa zamanda bu problem həllin tapmalıdır.

Məktəblərdə təmir-bərpa işlərinə dövlət büdcəsindən ayrılan pullar adiyyatı üzrə xərclənmir.Belə ki,bu günlərdə mətbuatda Neftçala  Rayon təhsil şöbəsində yeyintilərlə bağlı yazı dərc olunmuşdu,şikayətçi bildirirdi ki,"Mən Neftçala tikinti sektorunda baş alıb gedən korrupsiya və rüşvətxorluq faktları barədə müvafiq  qurumlara dəfələrlə müraciət etmişəm.Ərizələrimdə dönə-dönə xahiş etdim ki,şikayətimin araşdırılması üçün Neftçala rayon İcra hakimiyyyətinə,nə də başqa instansiyalara ünvanlanmasın.Çünki bu qurumlar özlərinə sərf edən formada cavab verirlər."Respublika "qəzetində tender barədə verilən məlumatlar  sırf formal xarakter daşıyır.Mənə göndərilən məktubda göstərilir ki,guya müraciətim araşdırılmışdır.Əvvəla iştirakım olmadan "araşdırılma"lar nə qədər hüquqidir?İkincisi,əgər araşdırlma aparııbsa,onda niyə cavab məktubunda cənab Ə.Hüseynov göstərdiyim faktların araşdırılması nəticəsində nə nəticəyə gəldiyi haqda bir kəlmə olsun söz yazmamışdır.Bütün bunlar bir daha sübut edir ki,cavab məktubu sadəcə olaraq işi bağlamaq üçün görülən "tədbirlər"dən başqa bir şey deyil!Təhsil Nazirliyi Aparat rəhbəri cənab Mətin Eynullayevin imzası ilə ilə ünvanıma daxil olmuş məktubunda bildirilir ki,müraciətimdə göstərilən məsələlərin ümumiyyətlə ,Təhsil Nazirliyinə heç bir adiyyatı yoxdur.2013-cü il üçün nəzərdə tutulmuş Neftçala rayonu Bankə qəsəbə  2N%-li tam orta məktəbinin (25.000),Qırmızıkənd kənd orta məktəbinin (27.000),Xolqarabucaq kənd tam orta məktəbinin (28.000),Ərəbqardaşbəyli kənd orta məktəbinin (20.224man) əsaslı təmiri üçün lazım olan 100.224 manatın istifadəsi zamanı qəpiyinə kimi yol verilən korrupsiya faktı barədə adiyyatı qurumlara məlumat verdim.Amma heç bir araşdırma aparılmadı".

Şikayətçinin bildirdiyi faktlar üzrə dövlət adiyyatı qurumları araşdırma aparılmalı və dövlət büdcsindən ayrılan pulun son qəpiyinə kimi adiyyatı üzrə xərclənməsinə hər birimiz maraqlı olmalıyıq.Hər il əsaslı təmir adından yalandan məktəbin bəzi yerlərinə 5 manatlıq əhəng vurmaqdansa ,bu vaxta kimi  rayon ərazisində mnəktəblərə  kombi sistemin quraşdırmaq olardı.Bunu deməyə yuxarıda göstərilən rəqəmlər əsas verir.

Başqa bir məktubda göstərilir ki,il ərzində müəyyən səbələrdən dərsə gəlməyən müəllimlər var ki,ya əməkhaqı azdır  başqa yerdə çalışır,ya da digər səbəblərdən dərsə gəlməyən müəllimlərin pulun direktorlar Əjdər Kərimovla bölüşürlər.Məktəblərdə tikinti üzrə keçirilən tenderlər isə əvvəlcədən müəyyənləşmiş şirkət qalib gəlir və Rayon təhsil şöbəsi ilə məktəbi yenidən "qurur"lar.Yerli mənbələrdən aldığımız informasiyalara görə məktəb tikintisində heç bir firma cəlb olunmur.Olunan firmalar isə məktəb tikintisi üçün maddi-texniki bazası yoxdur.Günə muzd tutulan fəhlələrin hesabına aparılır.

Uluyol.info xəbər verir ki,Əjdər Kərimovun direktorlardan aldığı pulları,direktorlarda  öz növbəsində müəllimlərin əmək haqqısından tutur.Ə.Kərimov bu pul yığımında Rayon İcra başçısının adından istifadə edir.Bundan əlavə rayon ərazisində dərs saatlarının yazılmasıda müəmmalıdır.Belə ki,yeli mənbələrin bilgisinə görə tanışlıqla,"hörmətlə" daha çox dərs saatları yazılır.Direktorlardan  Nazirliyə olunan şikayətləri isə Ə.Kərimov öz təbirincə yoluna qoyur və şikayətçiyə cavab məktubunda qərəzli olduğun bildirir.Belə ki,uluyol.info xəbər portalının baş-redaktoru Saday Fərəcov bildirir ki" Ötən il yanvar ayında məzunu olduğum  Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbinə müəllimlərin ziyarət etməyə getmişdim.Məktəbin uçulub -dağılmış dəhlizlərin,sinif otaqların gördükdə şəkliləri çəkib sosial şəbəkələrdə paylaşdım.Həmin şəkillərin rəy bölümünə məktəbin direktoru Kamal Cəfərov təhqir dolu sözlər yazdı.Mən sonacan əsəblərimə hakim çıxıb vəzifəli şəxsin belə bir addım atması ilə  bağlı Təhsil Naziri şəxsən Mikayıl Cabbarova şikayət məkrubu yazdım.Amma məsələ araşdırılması üçün Rayon təhsil şöbəsinə göndərilir və orada Ə.Kərimovun əmisioğlu olan Kamal Cəfərovun direktora yaraşmayan təhqirlərinə müxtəlif cür don geyindirdi.Mənə cavab məktubunda qərəzli olduğumu bildirdi. 

 sdsd

Uluyol.info xəbər portalı olaraq bizim kiminləsə  qərəzimiz yoxdur , əsas istəyimiz təhsilin inkişaf etdirilməsi və dövlətin təhsilin inkişafı üçün ayırdığı vəsaitin adiyyatı üzrə xərclənməsidir.Azərbaycan vətəndaşlığı daşıyan hər kəs ən azından 9 illik təhsil alması məcburidir.Hər birimiz məktəb partaları sırasından müxtəlif vəzifələrə yiyələnirik.Vəsifəsindən aslı olmayaraq vətəndaşımızın savadlı olması müstəqilliyimizin möhkəmlənməsinə,cəmiyyətimizin sağlam mühitdə olmasına qaranti olar.
 
Son günlər rayon təhsil şöbələrinin birləşdirilməsi barədə yayılan xəbərlərdən sonra Neftçala,Şirvan, ,Hacıqabul.Biləsuvar və Cəlilabad rayon təhsil şöbələrinin bazasında Salyan Regional Təhsil idarəsinin yaradılması nəzərdə tutulur.Mətbuatda yayılan məlumata görə nə qədər təəccüblü də olsa, bu yeni qurumun rəhbərliyində məhz özünü görən kadrlardan biri Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovdur. Hətta Əjdər Kərimovun artıq bu xüsusda Təhsil nazirinin müavini Firudin Qurbanovla guya ki anlaşmaya gəldiyini bəyan etdiyi də vurğulanır. Halbuki, bu məmurun indiyədək Neftçala təhsilinin başına gətirdiyi oyunlar, onu ümumiyyətlə təhsil sahəsindən uzaqlaşdırılmasına hər cür əsas verir. Neftçala RTŞ-nin yarıtmaz fəaliyyəti, Əjdər Kərimovun öz işində yol verdiyi ciddi qanun pozuntularının,davamiyyətin ,ayrılan pulların yeyintisin nəzərə alsaq regiolar şöbəyə rəhbər olacağı halda bir neçə Təhsil şöbəsin məhv edəcəyi qabaqcadan görünür.
 
ULUYOL.İNFO






 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300