Türkiyənin müdafiə naziri: "Bölgə terrorçulardan tamamilə təmizlənəcək”

 

"Bölgə terrorçulardan tamamilə təmizlənənədək əməliyyat davam edəcək. Oradakı terrorçular tamamilə təmizlənmədən əməliyyat bitməyəcək. Bunun başqa yolu yoxdur”.

"Report” "Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli ölkə parlamentində "Zeytun budağı” əməliyyatının gedişatı ilə bağlı çıxışında deyib.

O terrorçulardan azad olunan ərazilərin gələcək taleyi ilə bağlı məsələyə də aydınlıq gətirib: "Bəzən soruşurlar ki, terrorçulardan təmizlənən torpaqları nə edəcksiniz? "Fərat qalxanı” əməliyyatında nə oldusa, indi də o olacaq. Əvvəlcə, torpaqlarından ayrılan suriyalılar evlərinə qayıdacaq. Çoxlu sayda suriyalı qaçqının Afrinə qayıdacağına inanırıq".

Müdafiə naziri bildirib ki, Afrində indiyədək 649 terrorçu zərərsizləşdirilib. Onun sözlərinə görə, terrorçuların 4370 hədəfi atəşə tutulub, 458 hədəfi havadan vurulub.

N.Canikli deyib ki, Afrində əməliyyatı davam etdiyi 11 gün ərzində Türkiyə Silahlı Qüvvələrinin 5 hərbçisi, Azad Suriya Ordusunun 24 döyüşçüsü şəhid olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300