Sələmçi
Fatmanın dəstəsinə Ziya Məmmədov başçılıq edib?
Laçın Mustafayev Fatmayla nazirin arasında vasitəçi olub?
Sələm biznesinin ledisi olan Fatma Yolçiyeva barədə ölkə mətbuatı çox yazıb. Hətta
iki il əvvəl onun qurbanlarından biri olan Məcidov Sudef Hacıbala oğlu ölkə mətbuatına
Fatma Yolçiyeva tərəfindən başına gətirilən zülmlərdən danışıb.
Sudef Məcidov hətta"QAFQAZ XƏBƏR MEDİA MƏRKƏZİ”ndə mətbuat konfransı
keçirib Fatma Yolçiyevanı ifşa etmişdir.
Xatırladaq ki, S.Məcidov bu barədə danşarkən o zaman bildirmişdi ki, Fatma
Yolçiyeva 200 min manat pulu ona sələmə vermiş və "girov müqaviləsi” adı ilə
onu aldadaraq, 2,5 milyon manat dəyərində əmlakını ələ keçirib:
"Mən yaxın illərə qədər Hüseynbala Əliyev 15 ünvanında qanuni sahibkarlıqla məşğul
olurdum. 2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc
axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə
lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov
qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, Nəsimi rayonu, Hüseynbala
Əliyev küçəsi 15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma
Məhəmməd qızı girov adı ilə aldadaraq ələ keçirdi”. F.Yolçiyeva ona verdiyi 200
min manat sələmdən dərhal 30 min manatı ondan alıb və bunu 2 ayın faizinə
hesabladığını deyib. F.Yolçiyevanı onunla əlaqələndirən və sələm işlərində
davamlı olaraq vasitəçilik edən İradə Vəliyeva da etiraf edib ki, o pulun
yarısı "komisyon haqqı” olaraq ona, "Göygöz Vasif” dediyi oğlana və Sima adlı
xanıma çatıb. İstər Fatma Yolçiyevanın, istərsə də İradə Vəliyevanın etirafları
ilə bağlı videoçəkilişlər də olub. Sələmçi F.Yolçiyevanın şifahi surətdə onun
qarşısında qoyduğu şərtə görə o 200 min manatın 7,5 faizi hesabı ilə hər ay 15
min manat pul verməliydi: "Fatma Yolçiyevaya ilk gündəki 30 min manatdan əlavə,
sonrakı iki ayda daha 30 min manat pul vermişəm.
Mən 2012-ci ilin aprelin 12-də şərlənərək həbs olundum. Sonradan öyrəndiyimə
görə, bu işdə Fatma Yolçiyevanın da əli olub və çox güman ki, mənim həbsimlə, əmlakımı
mənimsəmək məqsədi güdüb. Həbsdə olduğum vaxtda Fatmaya pul ödəməyə imkanım
çatmadı”. S.Məcidovun sözlərinə görə, onun yaxınları F.Yolçiyeva ilə danışmağa
və razılaşmağa cəhd etsələr də, Fatma Yolçiyeva amansız şəkildə hər ay faizini
tələb edib və bir müddət sonra tamamilə obyekti ələ keçirərək, özü onu
başqalarına icarəyə verib: "Artıq 4 ilə yaxındır F.Yolçiyeva mənim obyektimi
tam ələ keçirərək,başqalarına icarəyə verir və hər ay 14 min manata yaxın pul
qazanır. Mənim mağazamın iki milyon beş yüz min qiyməti olsa da, o obyekt
Yolçiyeva Fatma tərəfindən 200 min manat faizə borc verilməklə ələ keçirilib.
2016-cı il martın 28-də həbsdən azad olundum”.
Sudef Məcidov Fatma Yolçiyeva ilə borc hesabını bağlamaq və mülkiyyətini geri
qaytarmaq istəsə də, bu, baş tutmayıb:”Dörd il içində mənim obyektimin icarəsindən
500 min manata yaxın gəlir götürüb. Fatma Yolçiyeva ilə borclarımı bağlamaq istədim,
amma o, indi məndən 200 min manat və əlavə 650 min manat faiz də olmaqla,
ümumilikdə 850 min manat pul tələb edir.
Mən soruşdum ki, niyə 850 min manat ödəməliyəm? O dedi ki, mən həbsdə olanda
obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə rüşvət verib. O, Ali Məhkəməyə 100
min manat, Nəsimi Rayon Məhkəməsinə 50 min manat , Konstitusiya Məhkəməsinə 50
min manat, Plenuma 50 min manat və digər instansiyalara rüşvət verdiyini dedi.
Artıq 1 ilə yaxındır ki, Fatma Yolçiyeva ilə məsələni həll edərək, obyektimi
geri qaytarmağa çalışıram. Fatma Yolçiyeva və onun kimi sələmçilər vətəndaşların
pula ehtiyacından və sadəlövhlüyündən sui-istifadə edir, onlara alqı-satqı
müqaviləsi imzalatdıraraq, əmlaklarını mənimsəyirlər.
Mənimlə yanaşı, Nadir Zeynalov adlı vətəndaş da Fatma Yolçiyevanın əməllərindən
Qafqaz Xəbər Agentliyinə şikayət edib və bu məsələ faktlarla ictimailəşdirilib.
Bundan başqa, Fatma Yolçiyevaya daim vasitəçilik edən İradə Vəliyeva özü etiraf
edib ki, F.Yolçiyevanın sələmə salıb əmlakını mənimsədiyi şəxslər arasında
sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərov da
olub”.
O zaman Sudef Məcidov hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etsə də
onun şikayətlərinə hüquqi qiymət verilməmişdir.
Ancaq bu iki il ərzində, ölkədə bəzi məmurlar öz postları ilə vidalaşandan
sonra onların hüquq mühafizə orqanlarında olan dayaqları da zəifləməyə başladı.
Oliqarx çevrənin laxlaması nəticəsində Fatma Yolçiyeva Sudef Məcidovla görüşərək
razılığa gəlməyə məcbur oldu ki,bunun səbəbi haqda bir qədər sonra yazıda
danışacağıq.
365infosaytına daxil olan məlumata görə Fatma Yolçiyeva mətbuatda ifşa
olunandan sonra Sudef Məcidova dəymiş ziyanın bir hissəsini ödəyib. Ona bu
jesti etməyi isə onun pərdə arxasında gizlənən himayədarları tapşırıq veriblər.
Bu gün Sudef Məcidov demək olar ki, daha Fatma Yolçiyevadan şikayətçi deyil.
Ancaq burda bir məqam var; Fatma Yolçiyevanın özünə qalsaydı mətbuatda ifşa
edilsə də , Sudef ondan heç qara qəpik də ala bilməyəcəkdi.
Belə ki,Fatma Yolçiyeva özü də Sudef Məcidovla görüşən zaman çəkilən
videoyazıda deyir ki, "mən kiməm ay Sudef, sənə verdiyim pulların yiyələri var…
Və onlar da sənə verdiyim pulları tələb etdikləri üçün, mən də sənin dükanını ələ
keçirib onların pullarının sənin tərəfindən "atılmağını” onlara sübut etməliydim”.
Dediyimiz kimi 365info saytına daxil olan məlumata görə Sudef Məcidova dəyən
ziyanın bir qismi ona ödənilib. Bildirilir ki, bunu etmək haqda tapşırıq Fatma
Yolçiyevaya ona görə verilib ki, onu maliyyələşdirənlər hökümətdə dayaqlarını
itirməyə başlayıblar.
Belə ki,365infosaytına daxil olan məlumata görə Fatma Yolçiyevanın əlində
cəmləşib sələmə verilən pullar Nəsimi rayon İH-nın keçmiş başçısı Nəsib Məhəməliyevdən
başlayıb keçmiş nəqliyyat naziri Ziya Məmmədovacan uzanan pullardır.
Ancaq həmin şəxslər özləri Fatma Yolçiyevayla görüşməyiblər. Sadəcə Fatma bu
yükün altına girəndə məsuliyyəti dərk edərək bilmək istəyib ki, o kimlərin
pullarını "fırladıb” sələmə verəcək. Və onunla bu işlə bağlı görüşüb hər dəfə
lazım olan məbləği ona verən Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat
Birliyinin keçmiş rəisi Laçın Mustafayev olub.
Fatma Yolçiyevanın Sudef Məcidovla görüşən vaxt videolentə alınan danışığında
Fatma Yolçiyeva hətta özü də etiraf edir ki, Məcidov Sudefə məxsus dükanın
qabağındakı artırmanı Nəsimi İH-nın işçilərinin sökməməsi üçün, o külli
miqdarda rüşvət verib. Və həmin videoyazıda Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat
İstehsalat Birliyinin rəisi Laçın Mustafayevin adını çəkərək ona 50 min manat
pul verdiyini söyləyir.
STOP! STOP! Axı o vaxt bu danışıqlar gedəndə Sudef Məcidov hardan biləydi ki,
onun əlindən alınan dükan elə Fatma Yolçiyeva tərəfindən Nəsib Məhəməliyev və
Ziya Məmmədova verilib.
Deyildiyi kimi Sudef Məcidov Fatma Yolçiyevadan 200 min manat pul alıb və əvəzində
dəyəri milyonlarla ölçülən dükanını girov qoyub və sonradan da müəmmalı şəkildə
həbs olunaraq 4 il məhkümluq həyatı yaşayıb.Həbsxanadan çıxan kimi isə o Fatma
Yolçiyevanın yanına gələrək dükanını geri istəyib. Fatmadan rədd cavabı alandan
sonra məcburiyyət qarşısında qalaraq mətbuata üz tutub.
Ancaq Sudef Məcidov mətbuata üz tutanda hardan biləydi ki, vaxtı ilə onun
sahibi olduğu "Masallı market” adlanan dükanına Moskva kolbasaları almaq adı ilə
gələn nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anarın elə o vaxtlar onun dükanına
gözü düşüb.
Bu məsələ lap Ziya Məmmədovun AST Telmanın 300 milyon dollarına gözü düşməsini
yadıma saldı. Ancaq bu başqa bir mövzunun yazısıdır…
Sudef Məcidov Fatma Yolçiyevadan rədd cavabı alandan sonra mətbuatdan savayı
hüquq mühafizə orqanlarına müraciət edəndə də bilmirdi ki, onun dükanını əlindən
alan əslində pərdə arxasında gizlənən nəqliyyat naziri Ziya Məmmədovdur, Fatma
Yolçiyeva isə yalnız üzdə görsənən füqurdur.
Bu günləri yuxarıda adlarını qeyd etdiyimiz insanlar öz postlarını itirəndən
sonra onların hüquq mühafizə orqanlarında olan qohumları da daha üzdə görsənən
Fatma Yolçiyevanı müdafiə edə bilmirlər.
Məsələn ,Məcidov Sudefin sonuncu dəfə Fatma Yolçiyevanın cinayət əməllərindən
Baş prokurora etdiyi müraciətdən sonra, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun
qardaşı oğlu, Baş prokurorun köməkçisi Namiq Məmmədov Fatma Yolçiyevanı müdafiə
edə bilməyib.
Baş prokurorluqda Namiq Məmmədovun yadına salıblar ki, onun əmisi daha nazir
deyil və Fatma Yolçiyeva zərərçəkmişə dəyən ziyanı ödəyərək xəbər saytlarından
onunla bağlı gedən yazıları çıxartdırmalıdır.Əks halda Fatma Yolçiyeva cinayət
məsuliyyətinə cəlb olunacaq.
Bax bu xəbərdarlıqdan sonra, Fatma Yolçiyeva Sudef Məcidovu taparaq ona dəymiş
ziyanın bir hissəsini ödəyib.
365infosaytına daxil olan məlumata görə hələ yuxarıda qeyd etdiyimiz
hadisələrdən əvvəl, Nəsib Məhəməliyev icra başçısı vəzifəsindən azad olunandan
sonra vəzifəsini itirənlərdən biri də Laçın Mustafayev olub. Və əlbəttə ki, onu
çox vəzifəsiz qalmağa qoymayıblar,Ziya Məmmədov onu nazirlikdə işlə təmin
edib.
Ancaq Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşəndən
sonra və Ziya Məmmədov vəzifəsini itirən kimi Laçın Mustafayev yeni nazir Ramin
Quluzadə ilə bir məhəllədə qonşu olduğu üçün onunla münasibət qurmağa cəhd
edir. Amma yeni nazir Laçın Mustafayevin kim olduğunu onun özündən də yaxşı
bildiyi üçün heç onun üzünə belə baxmır.
365infosaytına daxil olan məlumata görə Laçın Mustafayev Ziya Məmmədovun
pullarından 700 min dollarını da Binəqədi RPİ-nin rəisi Namiq İsmayılova iş
görmək adıyla verib.
Redaksiyamıza daxil olan məlumata görə Namiq İsmayılov həmin pula 6-cı
mikrorayonda özünə villa tikdirib və Novxanıda dəniz kənarında restoran alıb. Və
bu günəcən də 700 min dolları Laçın Mustafayevə qaytarmayıb. Laçın Mustafayev
ondan hər dəfə verdiyi pulu tələb edəndə isə , Namiq İsmayılov Fatma
Yolçiyevanın Sudef Məcidovun başına gətirdiyi oyunlardan xəbərdar olduğunu onun
yadına salıb. Çıxılmaz vəziyyətdə qalan Laçın Mustafayev isə Ziya Məmmədovdan
razılıq alaraq Sudef Məcidova dəyən ziyanın bir qismini Fatma Yolçiyevanın
vasitəsi ilə ödəməyə başlayıb.
Laçın Mustafayev Namiq İsmayılovla son görüşdə hətta bildirib ki, guya o bu
yaxınlarda Xaləddin İsgəndərovun yerinə Binəqədi rayonuna icra başçısı təyin
olunacaq və ondan sonra Namiq İsmayılovun tutduğu postda qalmağı barədə yenidən
fikirləşməli olacaq.
Araşdırmamız davam edir, bizi izləyin .
Şamil Əfəndi
Ulu Yol Xəbər portalı » Sosial » Sələmçi Fatmanın dəstəsinə Ziya Məmmədov başçılıq edib?
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/