Putin ABŞ-ın sanksiya siyahısına münasibət bildirib: "İt hürər, karvan keçər"

 

 

"Rusiya daxili məsələlərlə məşğul olmalıdır. İt hürər, karvan keçər".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qonaq Evində keçirdiyi görüşdə ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən hazırlanan və Konqresə təqdim olunan "Kreml siyahısı"na münasibət bildirərkən deyib.

O, Rusiya rəsmiləri və oliqarxlarını bu siyahıya əhəmiyyət verməməyə çağırıb: "Biz belə şeyləri yox, özümüzü, iqtisadiyyat və kənd təsərrüfatımızı, səhiyyəmizi, müdafiə qabiliyyətimizi düşünməliyik".

V.Putin özünün adının "Kreml siyahısı"na düşməməsinə zarafatla münasibət bildirib: "Bu çox üzücüdür".

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyinin Konqersə təqdim etdiyi "Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300