Xəlil Göyüşov Parisdə "Akula" Akiflə görüşüb və ona yardım sözü verib; Xəlil Göyüşovun oğlu Akif Mustafayevin sayəsində MTN-nin hərbi hissəsində necə qulluq edib?

Bir həftə öncə "Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşovun "MTN işi" ilə bağlı ölkədən qaçan iş adamı "Akula" ləqəbli Akif Mustafayevlə ciddi əlaqələri olması ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, paytaxtın müxtəlif yerlərində həyata keçirilən milyonluq layihələrdə Xəlil Göyüşovun əsas şəriklərindən biri məhz keçmiş MTN naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri olan və ölkədən qaçan Akif Mustafayev olub. Məlumatda qeyd etmişdik ki, Xəlil Göyüşova məxsus olan "Körpü-Bina Tikinti" MMC-nin Bakı şəhərində həyata keçirtdiyi milyonluq layihələri məhz "Akula"nın dəstəyi ilə əldə edib və bu işdə onun əsas ortaqlarından biri MTN keçmiş rəhbərliyi olub. 

Qeyd edək ki, irəli sürülən iddialarla bağlı ötən ilin sonlarında "Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşovun mövqeyini öyrənmək məqsədi ilə dəfələrlə telefon əlaqəsi yaratmaq istəsək də, qarşı tərəf telefon zənglərini cavablandırmadı. Xəlil Göyüşovla əlaqədə olan kanllar isə, iş adamının ölkədə olmadığını bildirməklə yanaşı, Xəlil Göyüşovun bu tipli sullara cavab verməyəcəyini də bildirdi. 

Bizim apardığımız araşdırma nəticəsində bəlli oldu ki, həqiqətənə də Xəlil Göyüşov ötən ilin sonlarında ölkədə olmayıb. AzMedia.info saytını məlumatlandıran mənbənin iddasında isə, daha maraqlı faktlar yer alır. Mənbənin bildirdiyinə görə 2015-ci ilin dekabr ayının sonunda Xəlil Göyüşov Bakıdan Moskvaya uçub orada iki gün qaldıqdan sonra isə Moskva-Parıs reysi ilə Fransa paytaxtın uçub. Mənbə iddia edir ki, iş adamı Parısdə ciddi maliyyə sıxıntısı keçirən "Akula" ləqəbli Akif Mustafayevlə görüşüb. İddiaya görə, Akif Mustafayev Bakıdakı şərikli biznesinin bir hissəsindən əl çəkmək şərti ilə, X.Göyüşovdan təcili şəkildə yardım istəyib. Paytaxtdakı çox milyonluq tikinti işlərinin əlinə keçəcəyini düşünən Göyüşov isə, "Akula"nın bu təklifini qəbul edərək razılaşıb. 

AzMedia.info saytına Xəlil Göyüşovun "Akula" Akiflə bağlı əlaqələri ilə bağlı daha bir ilgin məlumat daxil olub. Həmin məlumatda qeyd olunur ki, 2 il bundan öncə hərbi xidmətdə ola-ola Bakı şəhərində avtoşluq edən və hər gün müxtəlif barlarda kef məclisi quran Xəlil Göyüşovun oğlu əslində MTN-nin hərbi hissələrindən birində qulluq edirmiş. İnformasiya mənbəmizin iddiasına görə Ramiz Göyüşovun MTN hərbi hissəsində qulluq etməsini Xəlil Göyüşovun şəriki, "Akula" ləqəbli Akif Mustafayev təşkil edib. Məlumatda bildirilir ki, Ramiz Göyüşov "Akula" əmisinin sayəsində bir il boyunca 10 ZZ-040 dövlət nömrə nişanlı avtomobillə Bakı küçələrini gəzib dolaşıb. 

Göyüşovlar ailəsinin Eldar Mahmudov və onun əhatəsinə aid olan qruplaşma ilə yaxınlığını sübut edən dəlillər hələ bununla bitmir. 

Qeyd edək ki, iş adamı Xəlil Göyüşovla "Akula" ləqəbli Akif Mustafayevin Bakı şəhərindəki ortaq binaları ilə bağlı saytımıza göndərilən məlumatları araşdırdıqdan sonra oxucularımıza ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini bir daha dinləməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300