Hüquq müdafiəçisinə "Kafkazskiy Uzel” in verdiyi mükafat Azərbaycanda sındırıldı-FOTOLAR

 

Azərbaycanılı hüquq müdafiəçisi Oqtay Güləliyevə Rusiyanın tanınmış hüquq müdafiə internet nəşri olan "Kafkazskiy Uzel” tərəfindən verilən mükafatın suveneri sındırılıb.

Bu barədə məlumat yayan Oqtay Güləliyev bildirib: "Dostlar, bildiyiniz kimi Rusiyanın tanınmış hüquq müdafiə internet nəşri olan "Kafkazskiy Uzel” tərəfindən keçirilən, minlərlə insanın iştirak etdiyi onlayn səsvermə nəticəsində sizlərin dəstəyi ilə "Qafqazın qəhrəmanı” (Герои Кафказа) mükafatına layiq görüldüm.

Mükafat bir neçə gün öncə Moskvadan mənim ünvanıma göndərilib. Öncə onu deyim ki, bu mükafat qalın şüşə məmulatından hazırlanmış, üstündə "Герои Кафказа” və mənim adım olan suvenerdir. Təbii ki, bu suvener və mükafat simvolik olan bir şeydir. Əsas məsələ diqqət və dəstəkdir. Amma bunlar bu kiçik hədiyyəni də bizə çox görürlər. Belə ki, mükafat poçt tərəfindən mən evdə olmadığım vaxtda sındırılmış və yararsız hala salınmış vəziyyətdə təqdim edilib. Poçt işçiləri and- aman ediblər ki, mükafat onlara mərkəzi poçtdan sındırılmış vəziyyətdə verilib. Əlbəttə mən əminəm ki, mükafat "Kafkazskiy Uzel” tərəfindən normal səviyyədə, sınması mümkün olmayan qoruyucu əşyalarla əhatə olunaraq qablaşdırlmış şəkildə göndərilib. Hədiyyə burda sındırılaraq yarasız vəziyyətdə təvhil verilib.

Olsun, eybi yox. Yüz minlərlə soydaşımız qəlbi sındırılmış, həyatdan küsdürülmüş haldaykən bir mükafatın sındırılması çox kiçik hadisədir. Biz həmin hədiyyəni sındırılmış halda da qəbul etməyə hazırıq. Əsas odur ki, mübarizəmiz sınmasın və dayanmasın.

Dəstək olan sizlərə və "Kafkazskiy Uzel” nəşrinə bir daha təşəkkür edirəm!”

 

(bastainfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300