Vüsal Novruzovun adı "aksizsiz siqaret əməliyyatı”da

 

Qanunsuz "Pirotexniki əməliyyatı” keçirən gömrük generalı bu dəfə aksizsiz siqaretə görə ilişdi

 

Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov növbəti "ÇP”si ilə gündəmə gəlib.

 

AZ24saat.org saytına daxil olan məlumata görə, gömrük generalı aksizsiz siqaret ticarətinə görə keçirilən əməliyyatda özünü "yandırıb” və hədəfə çevrilib.

 

İddiaya görə, həmin siqaretlərin dövriyyədən çıxarılması üçün müvafiq qurumlar müəyyən əməliyyat-axtarış tədbirləri keçirərkən onların qarşısına çıxan Vüsal Novruzov "məni tanımırsınız, bilmirsiniz kiməm?” desə də, hüquq-mühafizə orqanalarının əməkdaşları onu da şübhəli şəxs kimi idarəyə aparıblar. Bu dəfə də onu qoruyan "gizli əl” tərəfindən həbsdən müvəqqəti olaraq xilas edilsə də, artıq generalın səlahiyyətlərinin dondurulduğu iddia edilir.

 

Vüsal Novruzovla bağlı daha bir ciddi problem ötən ilin dekabr ayında pirotexniki mallarla (fişənglər, partladanlar və s.) bağlı olub. Belə ki, mediada Dövlət Gömrük Komitəsinə (DGK) istinadən belə bir məlumat yayıldı ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yolla gətirilən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıb. Məlumatda deyilirdi ki, adıçəkilən qurumun əməkdaşları "Sədərək” və "Binə” ticarət mərkəzlərində əməliyyat tədbirləri keçiriblər.

 

Nəticədə, ticarət mərkəzlərinin ərazisində 82.000 ədəddən çox pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Məlumatda faktla bağlı araşdırma aparılıdığı da qeyd olunurdu.

 

Maraqlıdır ki, Bakı Baş Gömrük İdarəsinin hansı əsasla "Sədərək” və "Binə” ticarət mərkəzlərində əməliyyat keçirməsinə aydınlıq gətirilmədi. "Sədərək” və "Binə” ticarət mərkəzləri gömrük postu olmadığına görə, gömrük orqanının ticarət mərkəzində əməliyyat keçirməsi onun səlahiyyət çərçivəsinə daxil deyil.

 

Bu günlərdə az24saat.org-a daxil olan məlumat isə qaranlıq məqamlara müəyyən qədər aydınlıq salır. Məlumatda bildirilir ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat bu qurum rəhbəri Vüsal Novruzovun özfəaliyyətilə bağlıdır.

 

İddia olunur ki, yeni il ərəfəsində ölkəyə pirotexniki malların buraxılmasında Vüsal Novruzovun böyük rolu olub. Sonradan o ciddi səhvə yol verdiyini anlayaraq həmin malların dövriyyədən çıxarılması göstərişini verib. Beləliklə, yuxarıda bəhs edilən əməliyyat reallaşıb. Buna baxmayaraq, Vüsal Novruzovun bu özfəaliyyəti hakimiyyətin zirvəsində qəzəbə səbəb olub. Lakin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov məsələyə müdaxilə edərək Vüsal Novruzovu xilas edə bilib. Ancaq sonuncu "aksizsiz siqaret əməliyyatı” Vüsal Novruzovun sonunu gətirib.

 

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən mətbuat konfransında da aksizsiz siqaret işbazlarını birbaşa hədəfə almışdı.

 

O qeyd edib ki, ötən il 6 milyon qutudan çox siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsi əngəllənib. A.Əliyev əlavə edib ki, gömrüklə bağlı şikayətlərin 99 faizi siqaretlə bağlıdır.

 

"Şikayət edirlər ki, gömrükdə əlimizdən siqaretləri aldılar. Biz təkcə əldə deyil, avtomobillərdə də qanunsuz keçirilən siqaretləri müsadirə edirik. Çalışırıq izləyək və əməliyyat aparaq. Onları harada cəmləşdirdiklərini öyrənib müsadirə edir, dövriyyədən çıxarırıq”.

 

Komitə sədri ötən il şox sayda gömrük əməkdaşına cinayət işi açıldığını da dilə gətirmişdi. "2017-ci ildə 20-yə yaxın gömrük əməkdaşı ilə bağlı cinayət işi açılıb. Onlardan 10 nəfəri ilə bağlı birbaşa prokrorluq orqanlarına şikayət olunub, 7 nəfər barədə isə gömrük idarəsinin tərkibindəki istintaq idarəsi tərəfindən araşdırma aparılır”.

 

Gömrük Komitəsi və Vüsal Novruzov iddialara münasibət bildirməyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300