Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru filizi Gürcüstandakı ofşor şirkətə niyə ucuz satır?

Azərbaycanda büdcəsinin formalaşmasında əsas rol oynayan qara qızılın qiymətinin gözləniləmədən düşməsi ölkədə ciddi prosseslərin başlamasına start verdi.  Aksiyalar, süni qiymət qalxmaları, bankların fəaliyyətinin dayanması və sairə. 

Nəticədə qeyri neft sektorunun inkişafı üçün illərdi ayrılan vəsaitin qismən nəzarətsiz xərclənməsi, zavod, fabrik və şirkətlərin çətin durumda dövlətə dəstək olmasının mümkünsüzlüyü ortaya çıxdı… Bəlli oldu ki, qeyri neft sektoru heç də ölkəni çətin durumdan çıxarmaq gücündə deyil. 

Dərhal prezident İlham Əliyev əlavə və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün göstərişlər verdi. Çıxış yolu aramaq üçün daha ciddi prosesslər başladı və indi də davam edir.

Elə isə, Azərbaycanın xarici ölkələrdə satılan məhsulları, təbii ehtiyyatlarının gətirməli olduğu milyonlar hardadır? Onlar kimlərin cibinə axır?

Daşkəsən Filizsaflaşdırma Kombinatının rəhbərliyi ilə bağlı bizimxeber.az-a ciddi məlumat daxil olub. Məlumatda qeyd olunur ki, Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru Ələddin Sadıqovla rayon icra başçısı Əhəd Abıyev qarşılıqlı "əməkdaşlıq” çərçivəsində işləyirlər. 

İddia olunur ki, Ələddin Sadıqov Daşkəsən Filizsaflaşdırma Kombinatı vasitəsi ilə külli miqdarda pullar yoxa çıxır. 

Belə ki, gün ərzində 15 vaqon və hər biri 60-70 ton olmaqla təxminən 1000 ton dəmir filizi Daşkəsəndən Gürcüstana yola salınır. Həmin məhsullar Gürcüstandakı bir ofşor şirkətinə qəsdən qiyməti azaldılmış şəkildə, dünya bazarı qiymətindən təxminən 3 dəfə ucuz satılır. Gurcustanda dəmir filizini qəbul edən şirkət isə ucuz aldığı filizi Çinə 3 dəfə baha satır.

Qeyd olunur ki, Gürcüstanda fəaliyyət göstərən şirkətə rəhbərliyi Daşkəsən FilizsaflaşdırmaKombinatının direktoru Ələddin Sadıqov nəzarət edir. Bu yolla yuxarıda adıkeçən şəxs külli miqdarda pul qazanırlar. Hətta Əhəd Abıyevin də bu şirkətlə əlaqərələrinin olması qeyd olunur.

Elə buna görədir ki, Ələddin Sadıqovun bahalı avtomobillərinin, villalarının sayı günbəgün artır. Maraqlıdır ki, ayda direktor olduğu üçün 900 manat əmək haqqı alan Ələddin Sadıqov bahalı avtomobilləri və villaları hansı pulla alır?

Baş Prokurorluq və aidiyyatı qurumlar bu faktı ciddi şəkildə araşdırmalıdır. Söhbət dovlətin təbii ehtiyatlarının hara və hansı qiymətə satılmasından gedir.

Ağır vəziyyətdə olan dövlətin indiki vəziyyətdə satdığı və aldığı məhsulların qiymətinə nəzarət olunmalıdır. Bunu dəfələrlə ölkə başçısı İlham Əliyev də xatırladıb. Hər kəs aldğı və satdığı məhsulun qiymətinə nəzaərət etməli, dövlətin büdcəsinə xeyir gətirən formada addım atmalıdır.

İlkin
Bizimxeber.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300