Rus politoloq: ABŞ sanksiyaları Rusiyanı dağıdacaq

 

ABŞ-ın yeni və güclü sanksiyaları Rusiyanın çöküşünü sürətləndirəcək.

Axar.az xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, ABŞ-ın Kremlə yaxın olan şəxslərə sanksiyalar tətbiq edəcəyi ehtimalı Rusiyanın bütün hakimiyyət sistemini dağıdacaq:

"Cinayətkar sxem müəyyən səssizlik olmadan və ya Qərblə əməkdaşlıq etmədən hökm sürə bilməz. Mən çirkli pulların yuyulmasına dair mübarizə ilə bağlı qanundan danışdım. Niyə o, 25 il ərzində qəbul edilməyib? İlk növbədə pullar Amerika iqtisadiyyatına yatırılırdı.

Moskva Qərblə münasibətlərin kəskinləşməsinə hər zaman hazırlıqsız olub və bu da əsas məqamdır. İndi Putin bütün qırmızı xətləri keçib. Bunu o təkcə Ukraynada yox, həm də ABŞ-dakı seçkiyə müdaxilə ilə edib”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300