Erməni diaspor rəhbərindən -Şok çağırış

 

Avropa erməniləri assosiasiyaları forumunun sədri Aşot Qriqoryan investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə yatırmamağa çağırıb.

A.Qriqoryan nə qədər ki ölkə rəhbərliyində Serj Sarkisyan və Karen Karapetyan var, hətta Ermənistana getməməyi məsləhət görüb.

Ermənistanda uğursuz investisiya təcrübəsindən danışan forum sədri bildirib: "Baş nazir Karen Karapetyan və ölkə başçısı Serj Sarkisyan daim yalan danışırlar. Onların biabırçı hərəkətlərinə görə hətta Ermənistanda investisiya yatırmağa maraq göstərən insanlar onlardan qaçır. Bizim holdinq kifayət qədər pul xərclədi, biz iki dəfə Ermənistana getdik, biznes-planlar hazırladıq, tenderdə iştirak etdik, 10 minlərlə avro sərf etdik, 2017-ci ilin yanvarında bütün materialları tenderə təqdim etdik, lakin hələ də cavab almamışıq. Biz artıq onlara inanmırıq və diasporda da belə fikir formalaşıb ki, nə qədər ki Sarkisyan və Karapetyan var, Ermənistana getmək lazım deyil".

A.Qriqoryan Ermənistanda investor Toros Sakeryanın da uğursuzluğundan danışıb: "Ermənistana sərmayə qoymaq istəyən heç bir normal erməni diasporu yoxdur. Əgər siz bir-ikisini tapsanız, deməli, onlar ölkəni talamağa gəliblər".//Trend

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300