Müsavat Partiyası  yanvarın 31-də yürüş-mitinq keçirəcək

 

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.Müsavat Partiyasının mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə, iclasda Məclis sədri Nüşabə Sadıxlı Məclisin son sessiyası barədə məlumat verib.

Daha sonraMərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə çıxış edib.

Divanda 2018-ci ilin Prezident seçkilərinə Müsavat Partiyasından namizəd İsa Qəmbərin seçki qərargahının tərkibi təsdiq edilib.

Müsavat Partiyasının başqanı Arif Hacılı son həftə keçirilən siyasi proseslər, Əlikram Xurşidovun, Gözəl Bayramlının məhkəmə prosesləri barədə məlumat verib və bir daha hakimiyyətdən siyasi baxışlara görə insanların təqib edilməsinə və həbslərə son qoyulması tələb edilib.

31 yanvar 2018-ci il tarixdə saat 12:00-da Novxanı kəndində Cümhuriyyətin qurucusu M.Ə.Rəsulzadənin doğum günü münasibəti ilə onun abidəsi qarşısında keçiriləcək yürüş-mitinqə hazırlıq məsələsi müzakirə edilib.

İclasda Cümhuriyyətin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə müvafiq tapşırıqlar verilib.


 

Bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300