İlahiyyatçıdan "Allah” sözünün yerdə olmasına REAKSİYA: "Kİm atasının adını ayaqaltına yazar?”

 

Bu günlərdə Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərindən birində ortaya çıxan mənzərə dindarların narazılığına səbəb oldu. Orada üzərində aktyor Allahverdi Yolçuyevin adı yazılan reklam posterinin yerə yapışdırılması, inanclılarda qıcıq yaratdı. Belə ki, sənətçininb adında "Allah” sözü olduğundan dindarlar buna etiraz etdi. Bununla əlaqədar olaraq reklam posteri aradan qaldırıldı.

 

Dindarların adın yerdə yazılnmasına reaksiyası İslam dininin göstərişlərinəmi əsaslanır, yoxsa bu, onların təəssübkeşliyindən irəli gəlir?

Məsələ ilə əlaqədar Minval.info ilahiyyatçı Emil Rahiloğlunun fikirlərini öyrənib.

İlahiyyatçı saytımıza açıqlamasında deyib ki, şəriət nöqteyi-nəzərən bu, haramdır. Onun sözlərinə, risalə kitablarında (şəriət kitablarında) yazılıb ki, hətta "Allah” sözünə dəstəmazsız əl vurmaq olmaz. Din xadimi həmçinin adın yerə yazılmasının qəsdən atılan addım kimi olduğunu düşünmür.

Emil Rahiloğlu dünya şöhrətli boksçu Məhəmməd Əlinin adının yerə vurulması ilə razı olmamasını xatırladıb: "Onun adında hələ "Allah” sözü yoxdur, etiraz etmişdi. Buna görə, adını divara yazmışdılar. Gərək bu məsələlərə diqqət edilsin. Ümumiyyətlə,divara Quran ayəsinin, hədislərin, dini kəlamların yazılmasında heç bir problem yoxdur.Təbii ki, həmin divarın sahibi narazılıq etmirsə”.

"Birmənalı olaraq kiminsə adında "Allah” sözü varsa, onun yerə yazılması qadağandır. Məsələn, kim atasının adını reklam xarakterli olaraq yerə – ayaqaltına yazar? Kimsə bu işi görər? Hamı istəyər ki, adı uca yerdə olsun. Din də həmin nöqteyi-nəzərdən, ağıl və məntiqə əsaslanaraq bunu deyir”, – ilahiyyatçı sonda əlavə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300