Bakı ermənisi İrəvanı rüsvay etdi: "Nifrət edirəm..."

 

 

Dağlıq Qarabağ münaqişəsi zamanı Bakıdan Ermənistana köçən Stella Artünyan acınacaqlı vəziyyətdə yaşadıqlarından, hakimiyyətin onları insan yerinə qoymamasından danışıb.

Publika.az xəbər verir ki, Artünyan müharibə zamanı Ermənistandan köçürülən azərbaycanlılar üçün Azərbaycanda dövlət tərəfindən hərtərəfli şəraitin yaradılmasına qibtə etdiyini, Bakıdan Ermənistana köçən ermənilərin isə hələ də vaqonlarda və yataqxanalarda yaşadığını deyib.

Abovyan şəhərində yataqxanada yaşayan Artünyan "epress” saytında bildirib ki, Ermənistana köçməsindən illər keçib, lakin hələ də heç bir problem həll olunmayıb.

Sayt yazır ki, müharibə zamanı Azərbaycandan köçənlərin və 1988-ci ildə baş vermiş Spitak zəlzələsindən zərərçəkmişlərin həyat səviyyəsi fonunda Ermənistanda Qarabağ klanı zənginləşir. Erməni jurnalist əlavə edir ki, azərbaycanlılarla ermənilər tarix boyu sülh içində yaşayıblar, lakin Köçəryan və Sərkisyan qəbiləsi varlanmaq üçün münaqişə yaratdı və ciblərini doldurdular. "Faktiki olaraq, Ermənistanda hakimiyyət Qarabağ münaqişəsindən və ermənilərin mənasız yerə yaşadığı faciədən istifadə edərək, varlanırlar”, - deyə məqalədə bildirilir.

S.Artünyan acınacaqlı vəziyyətdən xilas olmaq üçün ölkədən getmək istədiyini, lakin buna da imkan verilmədiyini deyib.

"Ermənistan hökuməti bütün səfirliklərə təlimat verib ki, vaxtilə Azərbaycandan köçənləri ölkədən buraxmayın. Çünki biz qazanc mənbəyiyik. Ermənistanda qaçqınların həyat səviyyəsinin yaxşılaşdırılması üçün beynəlxalq təşkilatlardan maliyyə yardımı alırlar. Amma indiyə qədər kimsə bu pulların hara getdiyini araşdırıbmı? Hanı bizə tikdikləri evlər? Ümumiyyətlə, belə evlər mövcuddurmu?”, - deyə o bildirib.

Daha sonra Artünyan erməni dilinə nifrət etdiyini qeyd edib.

"Sən bu vəziyyətdə yaşasaydın, ermənicə danışardın? Bu ölkənin vətəndaşlığını qəbul edərdən?”, - deyə o, saytın müxbirindən soruşur və deyir: "Mən bu şəraitdə necə yaşayım? Mətbəx yox, hamam yox, işləməyə yer yox, polis qorxusu daim başımızın üstündə... Ermənistan parlamentində deputatlar bizim problemlərimizi qaldırmağı lazımlı hesab etmirlər. Ötən il "Qırmızı xaç” cəmiyyəti yataqxanalarda yaşayan bizimkimilərin vəziyyətinin yaxşılaşdırılması üçün 5 milyon ayırdı. Hanı bu pullar?!”

S.Artünyan Ermənistan prezidenti Serj Sərkisyanı satqın adlandırıb: "O, öz şəxsi qazancı, öz ailəsi, öz cibi haqda daha çox düşünür, nəinki əsgərlər və camaat haqqında”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300