Böhrandan çıxış var! MSDM yeni Yol Xəritəsini müzakirəyə çıxardı
Əvvəl böhrandan əzilən təbəqlərə yardım, sonra hakimiyyətin xalqa təhvil verilməsi. Bu il parlament seçkiləri, gələn il prezident seçkiləri!

Milli Strateji Düşüncə Mərkəzi (MSDM) Azərbaycanda böhrandan çıxış yollarına dair xüsusi layihə hazırlayıb. Sənədin preambula hissəsində deyilir ki, indi həm neftin qiymətinin yenidən artacağına ümid bəsləyən hakimiyyət, həm böhrandan çıxış yolları barədə tutarlı təkliflər verən müxalifət, həm də hakimiyyətin ya islahatlara gedəcəyinə, ya da dəyişəcəyinə ümid edən xalq gözləmə mövqeyindədir.

MSDM hesab edir ki, bütün bu gözləntilər sadəcə ehtimaldır. Mənfi ehtimalların qarşısını almaq, müsbət ehtimalları gerçəkliyə çevirmək üçün demokratik qüvvələr siyasi iradə nümayiş etdirməli və cəmiyyəti bu iradənin ətrafında bütövləşdirməlidir. Yalnız bu halda hakimiyyət xalqın yekdil mövqeyi ilə hesablaşmalı olacaq.

Qeyd edək ki, İsa Qəmbərin rəhbərlik etdiyi MSDM-in toplantılarında siyasət adamları və iqtisadçılarla yanaşı, öz sahələrinin uzmanı olan mütəxəssislər və ziyalılar iştirak edir. 

"Basta”ya verilən məlumata görə, fevral ayının əvvəlində MSDM-in təşəbbüsü ilə Dəyirmi Masa keçiriləcək və bu sənəd layihəsi həmin toplantıda müzakirəyə çıxarılacaq. MSDM cəmiyyətə təklif etdiyi yeni Yol Xəritəsinin layihəsini təqdim edirik:

"Milli Strateji Düşüncə Mərkəzinin müraciəti

Ölkəmizdə sosial-iqtisadi böhran gündən-günə dərinləşməkdədir. Dünya bazarında neftin qiymətinin davamlı şəkildə düşməsi  korrupsiya və inhisarçılığn, səriştəsizlik və bərbad idarəçiliyin girovuna çevrilmiş Azərbaycanda fəlakətli bir vəziyyət yaratmışdır.  Yarımçıq, ziddiyətli, kosmetik addımları ilə əslində böhranın qarşısını almağa  qadir olmadığını nümayiş etdirən hakimiyyət  beynəlxalq maliyyə mərkəzlərindən borc almaq  cəhdləri ilə gücsüzlüyünü etiraf etmiş oldu. Yanvar ayında bölgələrdə əhalinin etiraz aksiyaları zahirən zəif  və pərakəndə görünsə də bu aksiyalar müstəqil Azərbaycan tarixində sosial-iqtisadi tələblərlə keçirilən ən yekcins, davamlı və sinxron kütləvi tədbirlər kimi aydın şəkildə nümayiş etdirdi ki, etiraz aksiyalarının böyüməsi, sosial-iqtisadi gərginliyin ictimai-siyasi gərginliyə çevrilməsi zaman məsələsidir.

Uzun illərdən bəri sərgilədiyi  məsuliyyətsiz davranışını  böhran şəraitində də  davam etdirən hakimiyyətdən fərqli olaraq, demokratik düşərgə bu mərhələdə də son dərəcə yetkin və məsuliyyətli mövqe nümayiş etdirdi. Əhalinin spontan etiraz aksiyalarına mənəvi-siyasi və informasion dəstək verən müxalifət  bu prosesin xaosa aparmasında maraqlı olmadığını əməli şəkildə sübut etdi. Eyni zamanda demokratik qüvvələr böhranın dərinləşməsinin qarşısını almaq, əhalini böhranın zərbələrindən qorumaq,  ölkədə iqtisadi prosesləri inkişaf  istiqamətinə yönəltmək yollarını cəmiyyətə və hakimiyyətə göstərdilər. Müsavat partiyasının böhrandan çıxış yolları barədə təkliflər paketi, AXCP-nin, REAL-ın, digər qurumların və müstəqil ekspertlərin bir çox təklifləri, tövsiyyələri, ideyaları kifayət qədər cəlbedici, inandırıcı və diqqətəlayiqdir.

Bütün bunlarla yanaşı bütövlükdə ölkə və prosesin əsas iştirakçıları gözləmə mövqeyindədirlər. Xalq problemlərin hanısısa formada həll olunacağına ümid edir və əks təqdirdə etirazların daha kütləvi və qarşısıalınmaz olacağına, əhalinin maraqlarını nəzərə almayan və problemlərini həll etməyə qadir olmayan hakimiyyətin ən qısa zamanda dəyişəcəyinə  inanmaq istəyir.  Hakim rejim neftin yenidən bahalaşacağına ümid edir , o zamana qədər  kiçik güzəştlər və böyük repressiyalarla cəmiyyəti nəzarətdə, hakimiyyəti  öz inhisarında  saxlaya biləcəyinə inanmaq istəyir.  Demokratik düşərgə isə bu ziddiyyətli gözləntilərin sosial partlayışa,  xaosa gətirməyəcəyinə ümid etmək  və xalqın dinc kütləvi hərəkatı ilə köklü müsbət dəyişikliklərin baş verəcəyinə inanmaq istəyir.

MSDM hesab edir ki, bütün bu gözləntilər sadəcə ehtimaldır. Mənfi ehtimalların qarşısını almaq, müsbət ehtimalları gerçəkliyə çevirmək üçün demokratik qüvvələr siyasi iradə nümayiş etdirməli və cəmiyyəti bu iradənin ətrafında bütövləşdirməlidir. Yalnız bu halda hakimiyyət xalqın yekdil mövqeyi ilə hesablaşmalı olacaq.

MSDM cəmiyyətə yeni Yol Xəritəsi təklif edir. Bu yol xəritəsi əhalinin böhrandan qorunması, iş adamlarına azad iqtisadi fəaliyyət, demokratik qüvvələrə öz potensialını gerçəkləşdirmək imkanı, rejimə isə hakimiyyətin dinc və tədrici şəkildə xalqa təhvil vermək şansı  yarada bilər. Nəticədə Azərbaycan 2018-ci ilə – Respublikamızın 100-cü ildönümünə yenilənmiş şəkildə daxil ola bilər.

 Böhrandan İmkana Yol  Xəritəsi

layihə

  1. Təcili sosial tədbirlər:

Böhranın zərbələri altında əzilən əhaliyə, xüsusən aztəminatlı təbəqələrə  yardım məqsədi ilə zəruri qərarların qəbul edilməsi. Devalvasiya nəticəsində kəskinləşmiş İşsizlik, aşağı maaşlar, kredit borcu və digər problemlərin həlli üçün təxirəsalınmaz addımlar

  1. Təcili iqtisadi tədbirlər:

Korrupsiya və inhisarçılığa son qoyulmasına, azad iqtisadiyyatın formalaşmasına, kiçik və orta biznesin dirçəldilməsinə, kənd təsərrüfatı, turizm və digər qeyri-neft  sahələrinin  inkişafına  münbit  şəraitin yaranmasına yönəlmiş  ilkin addımlar

  1. Təcili siyasi tədbirlər:
    Siyasi məhbusların azad edilməsi, siyasi azadlıqların bərqərar edilməsinə, qeyri-hökumət təşkilatlarının və medianın normal fəaliyyətinə, siyasi partiyaların azad, bərabər hüquqlu rəqabətinə imkan yaradacaq addımlar
  1. Xarici siyasət  sahəsində beynəlxalq birliyə yönəlmiş prinsipial mesajlar verilməsi: Azərbaycanda əsas siyasi və iqtisadi azadlıqların bərqərar edilməsi ilə bağlı kursun bəyan edilməsi;  Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq ölkəmizin avroatlantik inteqrasiya istiqamətində addımlar atacağının bəyan edilməsi, Avropa İttifaqına, NATO-ya üzvlüklə bağlı müraciət edilməsi və Ümumdünya Ticarət Təşkilatı ilə üzvlük danışıqlarının sürətləndirilməsi
  1. 2016-cı il fevralda yeni Konstitusiya (və ya Konstitusiyaya əlavə və dəyişikliklər) layihəsinin hazırlanması məqsədilə Konstitusiya  komitəsi yaradılması
  1. 2016-cl ilin yazında yeni Konstitusiya (və ya Konstitusiyaya əlavə və dəyişikliklər) üçün referendum keçirilməsi
  1. 2016-cı ilin ikinci yarısında parlament seçkiləri keçirilməsi
  1. 2017-ci ildə prezident seçkiləri keçirilməsi

 Sənəd MSDM-in 29 yanvar 2016-cı il tarixli toplantısında qəbul edilmişdir”.

bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300