"Günəşli” yolunun üzərində yerləşən "Günəşli” oteli açıq-aşkar əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Təsadüfən bu yoldan keçən insanlar belə, otelin qapısı önündə "müştəri” çağıran qadınların "hücum”una məruz qalırlar. 

Otelin qapısının önündə toplaşan qadınlar oradan keçən insanlara intim xidmət təklif edirlər. Otel adı ilə fəaliyyət göstərən "Günəşli” əslində, pritondur və otelin həyətindəki balaca daxmalarda qadınlar cinsi istismara məruz qalırlar. Onlardan müştəriləri elə otelin girişində qarşılamaq tələb olunur. 

Belə ki, qadınlar həmin yoldan keçən şəxslərə, avtomobillərə yaxınlaşırlar, oteldə belə bir "xidmət”in təklif olunduğunu deyirlər. 

Qeyd edək ki, otel yaşayış evlərinin arasında yerləşir. Bu durum həmin ərazidə yaşayan sakinləri də narahat edir. Ən acınacaqlısı odur ki, otel "fəaliyyət”ə keçmək üçün gecə saatlarını da gözləmir. Yəni günün istənilən saatlarında burada eyni mənzərə ilə qarşılaşmaq mümkündür. 

Sakinlərin şikayəti əsasında otelin yerləşdiyi əraziyə baş çəkdik. Deyildiyi kimi, qapının önündə duran 3 qadından biri bizə yaxınlaşaraq, oteldə təklif olunan "xidmət”ləri sadaladı, qiymətin isə 50 manat olduğunu bildirdilər: "Hər bir xidmətimiz var, VİP otaqlardır. Gedək..? 50 manata görüşürəm. İstəyirsinizsə, otelin həyətinə gedək. Otelimiz də superdir”.  

Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

M.Məcidli, 
Musavat.com
Video müəllifindir.



 




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300