Əhəd Abıyevin qardaşı oğlu sahibkarlara pul atıb-ŞİKAYƏT

 

Son illərdə Azərbaycanda dövlət sifarişlərinin icrası sahəsində çox anormal bir hal geniş yayılıb. Belə ki, bir nəfərin, yaxud bir ailənin bir neçə üzvünün adına yaradılan onlarla şirkət qısa bir müddətdə çoxmilyonlu layihələr üzrə tender qalibi olur, layihələr başa çatandan sonra isə şirkətlər ləğv edilir. . Faktiki olaraq, bu gün hansısa dövlət qurumu, yaxud şirkətindən həyata keçirdiyi mal, iş və xidmətlərin satın alınması proseslərinə dair məlumat öyrənmək qeyri-mümkündür. Ən yaxşı halda tenderlərin keçiriləcəyinə dair elanları əldə etmək olur. Bu da ondan irəli gəlir ki, qanunvericiliyə əsasən, heç bir tender maraqlı tərəflərə əvvəlcədən məlumat verilmədən keçirilə bilməz. Bu tələbə formal da olsa əməl etmək üçün dövlət qurumları tender elanlarını haradasa – ya yazılı, ya da elektron mətbuatda,- yerləşdirməyə məcbur olurlar.
Ona görə də Azərbaycanda dövlət bu sahə qədər qədər qaranlıq, qapalı və korrupsiya mənbəyi olan ikinci bir sahə bəlkə də yoxdur.

Ən kiçik ranqlı məmurlar belə tender oyunlarından yararlanmağa çalışırlar.
Obyektiv.info-ya müraciət edən bir qrup ağdamlı sahibkar bildirib ki, 2 il əvvəl Sumqayıt şəhərində əllillər üçün nəzərdə tutulmuş binanın inşası üçün keçirilən tenderin qalibi olmaq üçün 7 min dollar rüşvət veriblər. Rüşvəti alan isə Massallı İcra Hakimiyyətində başçının birinci müavini Nadir Abıyevin oğlu Səyab Abıyevdir.
Lakin pul verilsə də, üstündən xeyli müddət keçsə də Səyab Abıyevdən xəbər çıxmayıb. Sahibkarlar pullarını geri tələb edəndə Səyab Abıyev onları Daşkəsən icra başçısı Əhəd Abıyevlə və Gəncədə polis rəisi işləyən diğər əmisinin adı ilə təhdid edib, onları şərlədib tutduracağı ilə hədələyib.
Hazırda sahibkarlar Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyinə və DTX-ya bu məsələ ilə ilə bağlı müraciət edəcəklərini bildiriblər.
Mövzuya qayıdacağıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300