Bakıda partlayış baş verən binanı Ziya Məmmədov tikib

 

Dünən səhər saatlarında Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsində 18-də partlayışın baş verdiyi çoxmərtəbəli yaşayış binası ilə bağlı yeni məlumatlar üzə çıxıb.

 

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin binanın bir neçə il öncə "ZQAN Holdinq” tərəfindən tikildiyi məlum olub.

 

Bildirək ki, bu şirkət 2013-cü ildən sonra adını dəyişərək "Garant Holding” olub.

 

Partlayışa səbəb kimi qaz sızması göstərilsə də, həmin binada əslində qaz olmayıb.

 

Belə ki, bir neçə gün öncə "Azərsu” ASC-nin əməkdaşlarının bina sakinlərinin müraciəti əsasında su xəttində yaranmış problemin aradan qaldırılması üçün bina yaxınlığında qazıntı aparıblar. Lakin, qazıntı zamanı su xəttinin yanında keçən qaz xətti zədələnib. Bu səbəbdən də ərazidə qaz sızması baş verib və partlayışa səbəb olub.

 

Hadisənin səhər saatlarında baş verməsi böyük bir faciənin qarşısını alıb. Belə ki, həmin binanın 3-cü mərtəbəsində kurs yerləşir. 10-11 radələrində partlayış baş versəydi, həmin vaxt kursda 60-70 şagird zərər çəkə bilərdi.

 

Partlayış nəticəsində binaya, binada fəaliyyət göstərən "Ofisait” mağazasına və kursa ümumilikdə 3-4 milyon manat ziyan dəydiyi ehtimal edilir.

 

Hazırda faktla bağlı araşdırmalar aparılır.

 

Yanğınla nəticələnən partlayışda mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.///qafqazinfo.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300