Milli QəhrəmanCəlil Səfərovun doğum günüdür.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun doğum günüdür.

AzVision.az xəbər verir ki, Cəlil Əziz oğlu Səfərov 1962-ci il yanvarın 28-də Gürcüstanın Marneuli rayonu Leybəddin kəndində anadan olub, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb.

O, C.Naxçıvanski adına Hərbi Məktəbi, Vladiqafqaz və Saratov şəhərlərində ali hərbi təhsil alıb, keçmiş SSRİ-nin müxtəlif yerlərində xidmət edib. 1992-ci ildə Azərbaycana qayıdıb, Şuşa istiqamətində topçu zabit kimi şücaətlə vuruşub, ad qazanıb. 1992-ci il mayın 15-də Turşsu-Zarıslı istiqamətindəki döyüşdə onlarla erməni yaraqlısını məhv edib və qəhrəmanlıqla həlak olub.

1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Sumqayıt şəhərində 10 saylı orta məktəb onun adını daşıyır. Marneuli rayonu Leybəddin kəndində abidəsi ucaldılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300