Tillerson: "Rusiya enerjini Avropaya qarşı "siyasi alət” kimi istifadə edir"

 

ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı enerjini Avropaya qarşı "siyasi alət” kimi istifadə etməkdə günahlandırıb. Dövlət katibi bu fikri Varşavada polşalı həmkarı ilə görüşü zamanı səsləndirib.

Polşanın xarici işlər naziri Yasek Çaputoviç ilə birlikdə keçirdiyi mətbuat konfransı zamanı Tillerson bildirib ki, ABŞ Rusiyanı və Almaniyanı birləşdirilməsini nəzərdə tutan Şimal Axını 2 qaz kəmərinə qarşıdır. Bəzi Şərqi Avropa ölkələri də Rusiyaya qaz bazarında böyük pay qazandıracaq bu kəmərə etiraz edirlər.

"Polşa kimi Birləşmiş Ştatlar da Şimal Axını 2 kömərinə etiraz edir” – deyə Tillerson bildirib. "Biz bu layihəni Avropanın enerji təhlükəsizliyə hədə kimi görürük və bu Rusiya üçün enerjini silayi alət kimi istifadə etmək imkanı verir.”

Tillersonun Polşaya səfəri ABŞ-ın Amerika təbii maye qazını mərkəzi Avropada satışına çalışdığı bir zamana təsadüf edir. Həmin regionda enerji təminatında Rusiyanın üstünlüyü böyükdür.

ABŞ-ın yüksək vəzifəli rəsmiləri bildiriblər ki, Vaşinqton Avropa xalqlarının enerji təminatlarını diversifikasiya etməyə və onların yalnız Rusiyadan asılı olmamalarına kömək edəcək.

2017-ci ilin 7 iyun tarixində ABŞ-ın Mərkəzi Avropaya ilk təbii maye qaz yükgöndərməsi Polşaya çatıb. Dövlət Departamenti o zaman bildirmişdi ki, Vaşinqton avropalı tərəfdaşları ilə birliklə Avropanın enerji təminatını təbii qazın yeni mənbələri vasitəsilə diversifikasiya etməsinə çalışır.

Tillersonun Polşaya səfəri Vaşinqtonun Varşava ilə strateji tərəfdaşlığının möhkəmləndirilməsi məqsədi güdür("Amerikanın səsi").

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300