Qarabağ qazisi Novruz Qasımov vəfat edib.

Bu gün II qrup Qarabağ qazisi Novruz Qasım oğlu Qasımov Mingəçevir şəhərində vəfat edib.

Qaziler.az saytına onun ailəsindən daxil olan məlumata görə, Novruz Qasımov bir müddətdir mədə xərcəngindən əziyyət çəkirdi. Həmin xəstəlikdən də dünyasını dəyişib. N.Qasımov 1962-ci ildə Ağdam rayon Salahlı kəndində anadan olub. O, erməni işğalcılrına qarşı gedən döyüşlərdə iştirak edib, 1993-cü ildə Ağdamın Qalayçılar, Böyəhmədli kəndləri uğrunda gedən döyüşdə yaralanıb. Novruzun qardaşı İxtiyar Qasımovda döyüşlərdə iştirak edib, şəhid olub, Azərbaycanın Milli Qəhrəmanıdır. Atası Qasım Qasımov da Qarabağ müharibəsi şəhididir.

Novruz Qasımov əvvəllər Qarabağ Əlillər Cəmiyyətinin, sonra isə Qarabağ qazilər birliyinin Mingəçevir şöbəsinin rəhbərliyində təmsil olunub. Qarabağ əlillərinin problemlərinin həllində zəhməti və əziyyəti olub.


Allah rəhmət eləsin.

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300