Müsavat Partiyası seçki qərargahı yaratdı-VİDEO/FOTOLAR

Bu gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. Sessiyada əvvəlcə Müsavat Partiyası Oğuz təşkilatının sədri Həqiqət Oğuzun xatirəsi sayğı dürüşü ilə yad edilib.

Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən iclasın gündəliyində 5 məsələ ətrafında müzakirələr keçirilib. O cümlədən, təşkilati məsələlərə baxılıb, ictimai-siyasi fəaliyyətlə bağlı Müsavat Partiyası başqanının məruzəsi dinlənilib, 2018-ci il Prezident seçkiləri və Müsavat Partiyasının fəaliyyət planı təsdiqlənib.

İclasda Milli Strateji Düşüncə mərkəzinin sədri İsa Qəmdərçıxış edib. İsa Qəmbər Rəsulzadə yolu ilə gedənlərin qələbəsinin qaçılmaz olduğunu bildirib.

20 Yanvar təqvimimizdə yer aldığı kimi, 31 Yanvar Günü də var. Məhəmməd Əmin Rəsulzadənin dünyaya gəldiyi bir gün var. Bu böyük şəxsiyyətin öz dostları, silahdaşları ilə birgə Azərbaycana bəxş etdiyi yol, ideologiya var, – müsavatçılıq yolu, müsavatçılıq ideologiyası. Bu yol haqq-ədalət yoludur. Bu yolla gedənlərin qələbəsi qaçılmazdır. O qələbənin ili, ayı, günü sual ola bilər. Amma, qələbənin olması qaçılmazdır, mütləq olacaq. Bir daha bəyan edirəm ki, bu yolu birgə gedəcəyik, bu yolu sonadək gedəcəyik. Tanrı bizə nə qədər sağlamlıq, ömür ayrıbsa o qədər gedəcəyik və bir yerdə də qalib gələcəyik. Sizin simanızda bütün Azərbaycan xalqına 2018-ci ildə, cümhuriyyətimizin 100-cü ildönümündə qələbələr qazanmaq, uğurlar qazanmaq arzulayıram”, Müsavatın prezidentliyə namizədi partiya üzvlərinə müraciət edib.

Daha sonra partiyanın başqanı Arif Hacılı seçki ilində müsavatçıların qarşısında duran vəzifələrlə bağlı məruzə edib. Arif Hacılı partiya üzvlərinin ağır şərtlər və böyük təzyiqlər altında fəaliyyət göstərdiyini qeyd edib və qarşıdakı dönəmdə hər bir müsavatçının daha böyük fədakarlıq göstərməsinin zəruri olduğunu vurğulayıb:

Təşkilati məsələlər bölümündə Məclis əvvəlcə Müsavat başqanı Arif Hacılının Divan üzvü Razim Əmiraslanlını müavin təyin etməsi barədə qərarını yekdilliklə təsdiqləyib. Daha sonra partiyanın Gəncə şəhər və Yevlax rayon təşkilatlarında keçirilən konfranslar haqda məlumat verilib,Cahangir Əmirxanlının və Firuddin Muxtarlının Məclis üzvü səlahiyyətləri təsdiqlənib. İclasda həmçinin Müsavat Qadınlar birliyini konfranların nəticələri təsdiqlənib, qurumun sədri Fəridə Ələsgərlinin Məclis üzvü səlahiyyətləri təsdiqlənib.

Məclisdə gedən müzakirələrdə Heybət Əmrah, Cahangir Əmirxanlı, Razim Əmiraslanlı, Azər İsmayıl, Tofiq Yaqublu, Hidayət İsmayılov, Alya Yaqublu, Vəfa Cümşüdlü, Sevinc Hüseynova, Elman Fəttah, Niyaz Nəsir, Nemət Kərimli, Şakir Abbasov, Firuddin Muxtarlıvə digərləri iştirak ediblər.

Sessiyada Müsavat Partiyasının 2018-ci il prezident seçkiləri ilə bağlı seçki qərargahı yaradılıb. Seçki qərargahının sədri vəzifəsinə MSK-nın keçmiş üzvüGülağa Aslanlı seçilib. Qəragahın tərkibinin formalaşdırılması Divana həvalə edilib.

Qeyd edək ki, Müsavat partiyasının 2014-cü ildə keçirilən qurultayında İsa Qəmbərin prezidentliyə namizədliyi irəli sürülüb.

 

Könül Alı

Mustafa Hacıbəyli

Bastainfo.com

 



 

 


 

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300