ABŞ-ın üç ştatının qubernatorları Trampı məhkəməyə verəcək

 

Nyu-York, Nyu-Cersi və Konnektikut ştatlarının qubernatorları vergi islahatı ilə əlaqədar ABŞ prezidenti Donald Trampı məhkəməyə vermək niyyətindədirlər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-York ştatının qubernatoru Endryu Kuomonun rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. Məlumata əsasən, vergi qanunvericiliyində dəyişikliklər edildikdən sonra adıçəkilən ştatların sakinləri bir sıra vergi imtiyazlarını itirəcəklər. E.Kuomonun hesablamalarına görə, təkcə Nyu-York ştatının sakinlərinə 14 milyard dollar məbləğində ziyan dəyəcək.

 

Ötən ilin dekabrında Trampın təklifi ilə ABŞ Konqresinin hər iki palatası sahibkarlıq və fiziki şəxslər üçün vergi dərəcəsinin azaldılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Qəbul olunan dəyişiklik ABŞ-da son 30 ildə ən irimiqyaslı vergi islahatıdır. Belə ki, şirkətlər üçün hazırda 35% təşkil edən vergi dərəcəsi 2018-ci ildən etibarən 21%-ə endirilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300