İran mediası Türkiyə əleyhinə kampaniya başlatdı

 

İran mediası Türkiyənin terror təşkilatlarına istiqamətlənmiş "Zeytun budağı” hərbi əməliyyatlarına qarşı qaralama kampaniyası başladıb.

Axar.az xəbər verir ki, bir sıra xəbər agentlikləri və qəzetlər Afrin əməliyyatlarını suriyalı kürdlərlə qarşıdurma adlandırıb.

Ölkənin rəsmi və mühafizəkar "İran” qəzeti Afrin hərəkatını "Türkiyə Suriya kürdlərinə qarşı əməliyyatlara başladı”, "Prezident Rəcəb Tayyib Ərdoğanın yeni macərası”, "Suriyanın şimalındakı xalqa qarşı hava hərəkatı” başlıqları ilə tirajlayıb.

"Etimad” qəzeti isə Afrin əməliyyatlarının səbəbini özünəməxsus şəkildə açıqlayıb: "Kürd silahlı ünsürlərinin Əsəd rejiminin yanında olması, terror təşkilatının rəhbəri Abdullah Öcalana tabe olması və PKK-nın əmri ilə hərəkət etmələri...”

Qeyd edək ki, Türkiyə "Zeytun budağı” əməliyyatı ilə sərhədləri yaxınlığında yaradılmış terror koridorunu yarmaq niyyətindədir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300