İcra başçısı vəkilin cəzalandırılmasını istəyir

 

Gədəbəy rayonunun İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib. Bu barədə Sadıqov facebook səhifəsində yazıb.

Vəkildən şikayət onun Gədəbəy rayonundan olan sahibkarları müdafiə etməsi ilə bağlıdır. Həmin sahibkarlar hüquqlarının pozulduğunu iddia edir, onları dövlət qurumları, məhkəmələrdə vəkil Elçin Sadıqov təmsil edir.

E.Sadıqovun bildirdiyinə görə, hüquqlarının müdafiə etdiyi sahibkarların iddia etdikləri pozuntularla bağlı əlaqəli qurumlara müraciət edib.

"Hüquqlarını müdafiə etdiyim sahibkarların üzləşdiyi pozuntularla bağlı əlaqəli qurumlara, o cümlədən ölkə başçısına şikayət etmişəm. Gərəkli addımların atılmasını xahiş etmişəm. Bu, vəkil olaraq mənim hüququmdur. Məhz şikayət etdiyimə görə, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məndən şikayət edib. Kollegiyada bu şikayətlə bağlı barəmdə intizam icraatına başlanıb”, vəkil bildirib.

İndiyədək bir neçə vəkil, xüsusilə də siyasi məzmunlu məhkəmə işlərinə çıxan vəkillər müxtəlif qurumların şikayəti əsasında Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Sonuncu dəfə bu həftənin əvvəllərində vəkil Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinə bir illik xitam verilib.

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də vəkil Yalçın İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

F.Mehdiyev barəsində qərar Baş Prokurorluğun, Y.İmanov haqda qərarsa Penitensiar Xidmətin rəhbərliyinin şikayəti əsasında verilib.

İndiyədək bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov, Elçin Namazov, Aslan İsmayılov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi məhbus” kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib.

Ancaq Vəkillər Kollegiyası vəkillik fəaliyyəti dayandırılmış şəxslərin iddialarını rədd edir, onların məhz vəkillik sahəsini tənzimləyən qanunlara əməl etmədiklərinə görə, kollegiyadan kənarlaşdırıldığını bildirir.

 

Amerikanın Səsi

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300