Anar Məmmədovun 29 milyon dollarlıq mənzili - Londonda
Facebook" sosial şəbəkəsində Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı maraqlı bir informasiya yayılıb. Oxucular üçün də bu məlumatın maraq kəsb edəcəyini düşündüyümüzdən onu diqqətinizə təqdim edirik:

"Bu günlərdə daha bir dəhşətli məlumatla rastlaşdım. Belə ki, 2009-cu ildə Londonun ən bahalı hissəsində 1.15 milyard fund sterlinq (təxminən 1.7 milyard ABŞ dolları) dəyərində dünyaca məhşur "‎OneHydePark"‬ dəbdəbəli yaşayış kompleksi inşa edilib. Həmin kompleksdə olan ən ucuz mənzilin dəyəri 20 milyon fund sterlinqdən (29 milyon ABŞ dolları) başlayır. Mənzil sahibləri arasında Ukraynanın ən varlı adamı sayılan Rinat Axmetov, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev, ərəb şeyxləri və tanınmış iş adamlarının adlarına rast gəlmək olar. Sahiblər arasında diqqətimi çəkən isə Azərbaycan büdcəsini dədə malı kimi talayan Ziya Məmmədovun oliqarx oğlu ‪‎Anar Məmmədov‬ oldu".

DİA.AZ xatırladır ki, bir neçə gün əvvəl ARDNŞ rəsmilərindən biri 20 milyona 16 mənzili aldığı üçün ictimai qınaq hədəfinə çevrilmişdi. İndi isə görünəni odur ki, nazir oğlu ən azından həmin məbləğə 1 mənzil alıb və hər kəs susur... görməməzlikdən gəlir... 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300