Məşhur hakim azan səsinə görə oyunu saxlayıb

 

İngiltərəli hakim Mark Klattenburq maraqlı addımı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanında qərarı ilə hamını şoka salıb.

 

Belə ki, "Əl Feyha” – "Əl Fateh” qarşılaşmasını idarə edən Klattenburq matçın gedişində oyunu dayandırıb. Buna səbəb məsciddən azan səsinin gəlməsi olub. İngiltərə Premyer Liqasının sabiq referisi matçı iki dəqiqədən çox saxlayıb. Bu zaman bəzi futbolçular namaz qılmaq üçün dərhal meydanı tərk etdiyi halda, qalanları fürsətdən yararlanaraq istirahət ediblər.

 

Klattenburq bu jestinə görə tribunadakılar tərəfindən alqışlanıb. Bundan əlavə, onun bu hərəkəti Səudiyyə Ərəbistanında müsbət qarşılanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300