Azərbaycanlı rejissor beynəlxalq festivalda münsif olacaq
Tanınmış rejissor Şamil Əliyev Noida Beynəlxalq Kinofestivalına münsiflər heyətinin üzvü olaraq dəvət olunub.
Kulis.az-ın verdiyi xəbərə görə, bu il 5-ci dəfə keçiriləcək festivalın yekun mərasimi fevralın 12-də Hindistanın Dehli şəhərində baş tutacaq.
Xatırladaq ki, 2015-ci ildə Ş.Əliyevin "Çölçü" filminə görə, 2-ci Noida Beynəlxalq Kinofestivalının "Ən yaxşı rejissor” mükafatını qazanmışdı.