Xəbər verdiyimiz kimi, Ağdam rayon Qeydiyyat Şöbəsinin rəisi Zöhrab Zeynalovun Ağdam rayonundan məcburi köçkün olan vətəndaşdan övladına doğum haqqında şəhadətnamə almaq üçün  50 manat rüşvət alması ilə bağlı əməkdaşımız tərəfindən lentə alınaraq həmin video görüntüdən götürülən foto şəkillər tərəfimizdən ictimailəşdirildi.

Qeyd edək ki, Z.Zeynalovun rüşvət almasını və xoruz döyüşdürməsini əks etdirən video çəkiliş hazırda texniki səbəblərdən hazır olmadığı üçün onu sabah yerləşdirməyi məqsədəuyğun bildik. Bu gün isə bəhs etdiyimiz mövzu ilə əlaqədar olaraq əməkdaşımız tərəfindən telefon vasitəsilə münasibət öyrəndiyimiz Ağdam RİH-nin başçısı Raqub Məmmədovun fikrirlərini video roliklə diqqətinizə çatdırırıq.

Yəqin ki, ölkə rəhbərliyi adi bir etik davranış qaydalarını bilməyən, belə demək mümkünsə "ağzının danışığını bilməyən” bu şəxslə yollarını ayıracaqdır. Çünki bu rüsvayçılıqdır. Bir rayonun icra hakimiyyətinin başçısı tabeçiliyindəki dövlət məmurunun ünvanına "onun anasını ağladacam, onu mələdəcəm” kimi ifadələr işlətməsi hesab edirik ki, Cənab Prezidentimiz İlham Əliyev siyasətinə zidd olmaqla, bu hakimiyyətdə təmsil olunması sadəcə utanc duyucu bir faktdır.

Yəqin ki, Ağdamda geninə-boyuna hər kəsin yanında adından istifadə etdiyi və arxasında dayandığını iddia etdiyi PA rəsmisi Zeynal Nağdəliyev də belə bir dostunun olmasından dediyi ifadələrlə fəxr etməyəcəkdir. (azerpress)

Uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300