Tramp anti-müsəlman motivli videolara görə üzr istədi

 

Donald Tramp Twitter səhifəsində paylaşdığı anti-müsəlman motivli videolara görə üzr istəyib.

Milli.az xəbər verir ki, Donald Tramp Davosda aparıcı Piers Morqanla müsahibəsi zamanı "Good Morning Britain" verilişində çıxış edərək onun təkidi ilə üzr istəyib.

"Onlar barədə məlumatım yoxdur. Əgər onların irqçi olduqlarını bilsəydim, üzr istəyərdim", - deyə Donald Tramp vurğulayıb.

Qeyd edək ki, Donald Trampın anti-müsəlman motivli videoları Britaniya ilə Amerika arasındakı diplomatik münasibətlərin pozulmasına gətirib çıxarmışdı. Həmin tvit-də Tramp Britaniyadakı sağçı, faşist "Britain First" təşkilatını faktik olaraq reklam etmişdi. Britaniyanın baş naziri Tereza Mey islamofob tvit-ə görə D.Trampı sərt tənqid etmişdi. Həmin tvit-dən sonra Britaniya parlamentində hətta Trampın ölkəyə girişinin yasaqlanması tələb olunmuşdu.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300