"İran terrorizmi ilə müştərək mübarizə " adlı konfrans keçirilib

Yanvarın 20 və 21 tarixlərində Belçikanın paytaxtı Brüsseldə iranda yaşayan xalqların nümayəndələrinin iştirakı ilə "İran terrorizmi ilə müştərək mübarizə" adlı konfrans və "İranda yaşayan qeyri-fars millətlərin" forumu keçirilib. "Guneynews"-un məlumatına görə konfrans İraq, Bəhreyn, Küveyt, Əlcəzair və İordaniyanın səfir və diplomatları, eləcə də bir sıra qeyri fars millətləri təmsil edən siyasi partiya və qrupların təmsilçilərinin iştirakı ilə baş tutub. "Əl-əhvazın istiqlalı uğrunda ərəb müqavimət hərəkatı"nın dəvəti əsasında baş tutan bu konfrans və forumda məntəqə olayları, eləcə də İranın məntəqədə ortaya çıxan böhranlarda rolu, qeyri fars millətlərin hüquq və istəklərinin İran hakimiyəti tərəfindən pozulması məsələləri geniş müzakirə edilib. Konfransda Güney Azərbaycanı Milli Müqavimət Hərəkatı- Dirəniş, Qurtuluş Partiyası, Güney Azərbaycan Demokrat Partiyası, habelə hüquqçu Saleh Kamrani və bir neçə başqa milli fəallar təmsil ediblər. Belə ki, yanvarın 20-də keçirilən konfransda Dirəniş hərəkatının sözçüsü Babək Çələbiyanlı və insan haqları fəalı Saleh Kamrani Güney Azərbaycanın türk millətinin istəkləri, eləcə də milli haqların rəsmi Tehran tərəfindən pozulması haqd çıxış edərək konfrans iştirakçılarını məlumatlandırmışlar.Yanvarın 21-də İranda yaşayan qeyri fars xalqları xaricdə təmsil edən siyasi təşkilat təmsilçiləri və diplomatların iştirakı ilə baş tutan forumda isə Azərbaycanın siyasi təşkilat təmsilçiləri Babək Çələbiyanlı, GADP sözçüsü Mahmud Bilgin, Qurtuluş Partiyası sözçüsü Sərdar Əsədi, eləcə də milli fəallar Ərsalan Kamranı, Məhəmmədrza Təbrizli, Saleh Kamrani çıxış edərək Güney Azərbaycan həqiqətləri və milli mübarizə haqda iştirakçıları məlumatlandırıblar.

5

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300