Azərbaycan Kanadaya nota verib

"2 sentyabr 2017-ci il tarixində Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş, bununla da XİN tərəfindən adları "Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Kanada parlamentinin üzvləri Toni Kleman və Reyçel Harderlə bağlı Kanadadakı səfirliyimiz Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentinə nota ünvanlayıb”.

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentindən daxil olmuş cavab notasında Kanadanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir daha bəyan edilir. Həmçinin Kanadanın "Dağlıq Qarabağ Respublikası” və ya onu təmsil edən "rəsmiləri” tanımadığı bildirilir və Kanada hökumətinin münaqişənin ATƏT-in Minsk qrupu prosesi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyi vurğulanır.

Qurum təmsilçisi deyib ki, bu xüsusda, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmiş Kanada parlamentinin iki üzvünün Kanada hökuməti adından səfər etmədiyi və Kanada hökumətinin bu plan barəsində öncədən xəbərdar edilmədiyi bildirilir. Notada həmçinin Kanadanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarına girişlə bağlı Azərbaycanın siyasətindən məlumatlı olduğu, bu səbəbdən öz vətəndaşlarını işğal edilmiş ərazilərə səfərlərdən çəkinməyə çağırdığı və Azərbaycan hökumətinin razılığı olmadan bu kimi səfərlərin Azərbaycan Respublikasının qanunlarına əsasən qeyri-qanuni olduğu qeyd olunur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300