Türkiyə ordusu
terrorçuları darmadağın etdi- Burseya dağı nəzarətə
alındı
Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu ilə terrorçular arasında şiddətli döyüşlər davam edir.
AzNews.az xəbər verir ki, bu barəfə Türkiyə mediası məlumat
yayıb. Bildirlir ki, "Zeytun budağı” əməliyyatının 6-cı günündə Burseya dağı
terrorçulardan təmizlənib.
Strateji əhəmiyyətə malik olan dağın təmizlənməsi istiqamətində günlərdir
toqquşma gedirdi.
Türk tanklarının növbəti partiyası Afrinə doğru hərəkətə keçib. Burseya
dağından sonra növbəti hədəf Bafelyun təpəsidir.
Terrorçular Türkiyənin sərhəddəki Kilis bölgəsində mülki əhalini raket atəşinə
tutmaq üçün bu təpədən istifadə edir.
Son məlumatlara görə, Türkiyə ordusu ard-arda zəfər qazanır.