"25 Yanvar Neftçala Qırğını"ndan 28 il ötdü-FOTOLAR

Bildiyimiz kimi müstəqilliyimiz elə-belə təsadüfi hadisələrin fonunda yaranmadı. Müstəqilliyimizə qədər yüzlərlə milli məfkurəyə xidmət edən  şəxsiyyətlərimiz bu günü görürdülər və Xalqın bir gün azad olacağına əmin idilər. O əminliyin bəhrəsi-Müstəqil Azərbaycan.

       Azərbaycanımızın müstəqilliyi yolunda Yanvar hadisələrinin xüsusi önəmi var.  1990-ci il Yanvar Qırğınları ardıcıl olaraq Neftçala və Lənkəranda yaşandı. 20 Yanvar hadisələri haqqında filmlər çəkildi, kitablar nəşr edildi, tədbirlər keçirildi və s. Təəssüf doğuran hal isə, sonrakı günlərdə 25-i Neftçala və 26-sı Lənkəranda baş vermiş qırğınlardan ölkə ictimaiyyəti demək olar ki, məlumatsızdır. İnternet resursları üzərindən axtarış apararkən çox cuzi informasiya əldə etmək olar.  28 il ötməsinə baxmayaraq, hələdə Neftçala və Lənkəran hadisələrinin fonunda sənədli filmlər, ədəbiyyatlar dərc edilmədi. Artıq həmin hadisələrin şahidləri, qazilərimizin bəziləri haqq dünyasına köçmüşlər. Uluyol.az olaraq Neftçala şəhidləri ilə bağlı  ilk işimiz rayonun bütün şəhidlərinin fotolarının bir araya yığılması, fotoların hərbi formada montajına nail olduq. "Şəhidlərimizi hər gün anaq", "Şəhidimdən danış" layihələrimizlə indiyə qədər onlarla şəhidimiz haqqında reportajlar hazırladıq. Növbəti işimiz 25 Yanvar Neftçala hadislərinin işıqlandırlması, sənədli film çəkilməsini nəzərdə tuturuq.

         Bu gün Neftçala rayonu Aşağı Qaramanlı kəndində Neftçala Şəhidlərinin xatirəsinə salınmış Şəhidlər Parkını ziyarət elədik. Sonra, Neftçala rayonunda  25 yanvar hadislərinin baş verdiyi ərazidə olduq. "Neftçala Şəhidlərinin Xatirəsinə" salınmış Parkı ziyarət elədik. Şəhidlərimiz ruhlarına dualar oxuduq. 

 Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri İbrahim Möhsüm oğlu Mənəfovun yas mərasimində iştirak elədik. Qurani Kərimdən "Yasin" surəsi oxundu, şəhidlik məqamı haqqında ruhanilər bilgi verdilər.

 


1992-ci il "Azadlıq uğrunda mübariz" fəxri adı hazırlanır və aşağıda göstərilən Neftçala sakinləri bu ada layiq görülüblər:


1.Ağahüseynov Nürəddin Aslan oğlu (ölümündən sonra)

2.Cəfərov Əbülfəz Böyükağa oğlu (ölümündən sonra)

3.Orucov Şəmsəddin Əbilhəsən oğlu (ölümündən sonra)

4.Ağayev Bəxtiyar Ağahüseyn oğlu
5. Talıbov Ələkbər Məmmədəli oğlu

6.Dadaşov Novruz Allahverdi oğlu

7.Məmmədov Əliheydər Xanəhəd oğlu

8.Nəcəfov Nizami Əbil oğlu

9.Hüseynov Natiq Mirzağa oğlu

10.Hüseynov Fərman Kamran oğlu

11.Hüseynov Ramiz Cəfər oğlu

12.Fərziyev Məhəmməd Təzəxan oğlu


 

Uluyol.az, Saday Fərəcov

 




Uluyol.az

ULUYOL.AZ

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300