Yüzlərlə Azərbaycan vətəndaşı bu problemlə üzləşir- Rəsmi qurumlar isə "Nə edə bilərik?” deyir

Azərbaycanda fiziki məhdudiyyətli şəxslər cəmiyyətdən təcrid olunur.

 

Minval.info xəbər verir ki, ictimai nəqliyyat vasitələrində əlil insanların rahat hərəkəti üçün heç bir addım atılmayıb. Yalnız ölkəyə gətirilən yeni avtobuslarda müəyyən qədər onlara şərait qurulub. Fiziki məhdudiyyətlilər əksər avtobus, metro, yeraltı və yerüstü keçidlərdə nəzərə alınmayıb. Marşrut avtobuslarının qrafik üzrə tələsik idarə olunması hamıya məlumdur. Hətta aralarında az qala yarış keçirmələrinin də çoxları şahidi olub. Belə bir sistemdə əlilə vaxt ayırıb onun avtobusa minməsini təmin etmək nə dərəcədə mümkündür?

Həmçinin küçələrin müxtəlif yerlərində onların varlığı barədə belə düşünülməyib. Mütləq kiminsə köməyi olmadan bəzi ərazilərdə fiziki məhdudiyyətli çəxslərin hərəkəti müşkül məsələdir. Hələ yenicə bu ildən müəyyən ərazilərdə onlar üçün panduslar quraşdırılır ki, bunu gecikmiş addım saymaq olar.

Heç bir insanın həyatı sığortalanmayıb və hamının bu duruma düşmək ehtimalı var. Bəs nə üçün fiziki məhdudiyyətli şəxslər cəmiyyətdən təcrid olunur? Baxmayaraq ki, onların həyatdan qopmamaları üçün idman yarışları təşkil edilir. Amma ölkəmizdə mövcud vəziyyət belə insanlara münasibətin fərqliliyindən xəbər verir.

Məsələ ilə bağlı Minval.info müvafiq qurumların mətbuat xidmətinin rəhbərləri ilə əlaqə saxlayıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev saytımıza açıqlamasında bildirib ki, bu, mümkün deyil:"”28 may”, "İçərişəhər”, "Sahil”, "Elmlər Akademiyası” metrostansiyalarında lifti necə quraşdırılsın? 1967-ci ildə tikilmiş stansiyalarda fiziki məhdudiyyətli şəxslər nəzərə alınmayıb. İndi bu stansiyalarda hər hansı lift quraşdırmaq mümkünsüzdür. Tutaq ki, "Gənclik”də pandus quraşdırdıq, həmin şəxs metroya daxil oldu, "Elmlər Akademiyası”ndan necə çıxa bilər? Bu imkanlar məhdud olduğuna görə, tətbiq edə bilmirik. Çalışırıq ki, yeni təmir olunan stansiyalarda görmə məhdudiyyətli insanların hərəkəti üçün bütün lazımi addımlar atılsın”.

Nəsimi bəy bildirib ki, fiziki məhdudiyyətli şəxslər yalnız "Bənövşəyi” xətt üzrə tikiləcək stansiyalarda nəzərə alınacaq.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev minval.info-ya açıqlamasında bildirib ki, bununla bağlı daşıyıcı şirkətlər qarşısında tələb qoyulub:"Yeni alınan nəqliyyat vasitələrinin yerdən hündürlüyü maksimum 300 mm və həmin avtobuslarda pandus olmalıdır. Bütün bunlar varsa, sürücü avtobusdan enib dayanacaqda olan əlilə yardım etməlidir”.

Avtobusların tələsik hərəkətinə gəldikdə isə qurum rəsmisi deyib ki, interval sürücü tərəfindən tənzimlənməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə minval.info-ya açıqlamasında bildirib ki, yeni inşa onunlan yeraltı və yürüstü keçidlərdə bu, nəzərə alınıb:"Panduslardan əlavə, bəzi keçidlərdə xüsusi liftlərin, eskalatorların quraşdırılması işləri həyata keçirirlir. Təbii ki, yeni inşa olunan keçirdlərdə bu addımlar atılacaq”.

Qurum rəsmisi keçirdlərdə quraşdırılan xüsusi liftlərin fəaliyyətinə gəlincə, bildirib ki, əvvəllər açar qurğunun üzərində olub: "Təəsüflər olsun ki, bəzi vətandaşlarımız liftdən oyuncaq kimi istifadə edirdilər. Bəzi yerlərdə açarları götürlümüşdü, bəzilərində qırmışdılar. Bu səbəbdən liftin açarları nəzarətçilərdədir. Onların köməkliyi ilə fiziki məhudiyyətli şəxslər qurğudan istifadə edə bilər”.

Paytaxtın bəzi küçələrində yeni istifadəyə verilən keçidlərdə əlillər üçün addım atılmayıb. Anar Nəcəfli bununla əlaqədar bildirib ki, yeni inşa olunacaq keçidlərdə bu, mütləq şəkildə nəzərə alınacaq.

Qeyd edək ki, paytaxt Bakıda bu problemlər mövcuddursa, bölgələrdəki vəziyyətdən danışmaq absurddur.

Samir Mirzə, minval.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300