Qapıçı 60 metrdən möhtəşəm qol vurdu- VİDEO
Futbol üzrə İspaniya 2-ci Liqasında keçirilən "Lugo” – "Sportinq” oyununda möhtəşəm qol qeydə alınıb.
Meydan sahiblərinin qapıçısı Xuan Karlos "Sportinq”in qolkiperinin irəli çıxmasından istifadə edərək 60 metr məsafədən fantastik qol vurub. Karlosun qolu son vaxtlar qeydə alınan ən gözəl qollar siyahısına düşüb.
Qeyd edək ki, görüş 3-1 hesabı ilə "Lugo”nun xeyrinə başa çatıb.
Həmin qolun görüntüsünü təqdim edirik: