Gömrük Komitəsinin səlahiyyətləri iki qurum arasında bölünür: həbslər ola bilər

 

Dövlət Gömrük Komitəsinin ləğvi ilə bağlı son aylar ardıcıl xəbərlər yayılır.

Məlumatlara görə, tezliklə Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacaq. Bu da dövlətə həmin xidmət vasitəsilə tamamilə sabit gəlir əldə etməyə imkanı verəcək. Bu manevrdə məqsəd təkrarlanmanı aradan qaldırmaq və idarəetmənin səmərəliliyini gücləndirən sinergetik effekt əldə etməkdir.

Ekspertlərin də təqdir etdiyi bu xəbərlərlə bağlı hətta bəzi media orqanları dövlət başçısının müvafiq sərəncamının an məsələsi olduğunu yazır. 

Qaziler.az xəbər verir ki, yenixeber.org-a bununla bağlı yeni xəbərlər daxil olub. Məlumata görə, Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyi deyil, səlahiyyətlərinin bu nazirliklə Dövlət Sərhəd Xidməti arasında bölüşdürüləcəyi gözlənilir. 

Qeyd edək ki, ölkəmizdə bu təcrübədən əvvəllər də yararlanılıb. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Dövlət Əmlak Komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölünüb. 

Prosesin prezident seçkilərinə qədər gerçəkləşəcəyi də ehtimal olunur.

Amma komitənin ləğvinin sakit ötüşməyəcəyi də deyilir. Məlumata görə, DGK-nın sədri Aydın Əliyev başda olmaqla, bir sıra vəzifə sahiblərinin yolu istintaqdan keçməli olacaq. Son vaxtlar mediada ərzaq və qeyri-ərzaq məhsullarının monopoliyası və qiymətlərin yüksək olaraq qalması ilə bağlı silsilə yazıların da təsadüf olmadığı bildirilir...

Yeri gəlmişkən bu gün Bakı Baş Gömrük İdarəsi ilə bağlı yayılan xəbər də diqqətçəkicidir. Azpolitika.info-nun yaydığı məlumata görə, ötən həftənin ortalarında Bakı Baş Gömrük İdarəsində ciddi gərginlik yaşanıb: Hüquq-mühafizə orqanları İdarədə qəfil araşdırma aparıb, ilkin məlumata görə gömrük əməkdaşlarından 6 nəfəri sorğu-suala çəkilib, bəzi sənədlər götürülüb. Həbs olunanların olub-olmadığı haqda məlumat verilmir.

Ən maraqlısı isə odur ki, elə həmin gün idarənin əməkdaşlarından biri - 58 yaşlı Zaur Eyyubov ürəktutmasından iş yerində vəfat edib.

Məlumatı verən mənbə bu hadisənin kifayət qədər səs-küylü prosesin başlanğıcı hesab edir: "Rabitəçilərin işi”, "MTN işi” kimi olmasa da...

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300