Kinematoqrafiyaçılar İttifaqı yazı müsabiqəsi elan etdi

Azərbaycan Respublikasının Kinematoqrafiyaçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunan "Azərbaycan kinosu: dünən, bu gün, sabah” adlı məqalə və resenziyaların müsabiqəsini elan edib.

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev müsavat.com-a bildirib ki, müsabiqənin keçirilməsində məqsəd kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir gətirməkdir:"Müsabiqə, həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub. Müsabiqəyə Azərbaycan kinosuna həsr olunan məqalə və resenziyalar qəbul olunur”.

Qurum rəsmisi müsabiqənin şərtləri haqqında da məlumat verib:"Yaşı 30-a qədər olan bütün şəxslər müsabiqəyə məqalə və resenziyalar təqdim edə bilər. Həmçinin müsabiqəyə təqdim olunan məqalə və resenziyaların hüquqları müəllifə məxsus olmalı, mətbuatda dərc olunmamalıdır. Məqalə və resenziyalar müsabiqəyə 10 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda şrift-12 "Courier New”də təqdim olunmalıdır. Çap olunan məqalə və resenziyalarda müəllifin ad və soyadı qeyd olunmamalıdır. Müəllif məqalə və resenziya ilə birgə tərcümeyi-halını və şəxsiyyət vəsiqəsinin surətini də təqdim etməlidir. Hər bir müəllif 3 (üç) məqalə və resenziyadan artıq təqdim edə bilməz. Müsabiqəyə təqdim olunan məqalə və resenziyalar geri qaytarılmır. Məqalə və resenziyalar mayın 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına göndərilməlidir”. Əli Vəliyevin sözlərinə görəmüsabiqədə birinci yer tutan qalibə 1000, ikinci yerin sahibinə 750, üçüncü yerin sahibinə isə 500 manat pul mükafatı veriləcək”.

Xalidə, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300