Faiq Ələkbərli: "Moskvada Azərbaycan bayrağına qarşı edilən bu həyasızlıq cavabsız qalmamalıdır"

"Hətta, bunu ermənilər ediblərsə belə rusların yardımı ya da birbaşa sifarişi ilə ediblər”

"Bu günlərdə Rusiya Federasiyasının paytaxtı Moskvada gerçəkləşən bir hadisə, rus rəhbərliyinin Azərbaycana münasibətdə "İran"ın fars-molla rejimindən heç də fərqlənmədiyini bir daha ortaya qoymuş oldu. Hər halda xəbər saytlarının məlumatına görə də, Moskva şəhərində təmizlik işinə baxanlar çox böyük ehtimalla, Rusiya hökumətinin razılığıyla Azərbaycan dövlətçilyinə qarşı vandalizm aktı törədiblər. Belə ki, Moskvadakı zibil qutularını Azərbaycan bayrağının rəngləriylə boyayıb, üstəlik zibil qutularının üzərinə də "rəngin əhəmiyyəti var" sözünü də, yazıblar. Şübhəsiz, Rusiya rəhbərliyinin xəbəri olmadan müstəqil bir dövlətə qarşı bu qədər aşağılayıcı addımı adi məmurlar ata bilməz”.

 

Bunu, Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk Dünyası ilə Əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli (Qəzənfəroğlu) saytımıza verdiyi açıqlamasında bildirib.

 

Faiq Ələkbərlinin sözlərinə görə, Moskva meriyasının təmizlik işçilərinin zibil qutularının üzərini Azərbaycan Respubıikasının bayrağına uyğun boyayıb, üstəlik bu rəngin anlamının olmasına işarə vurması birbaşa həyasızlıq və həddi aşmaqdır. Onun sözlərinə görə, Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində sözdə "İran İslam” və Rusiya Federasiyası adlanan ölkələrdə Azərbaycan dövlətinə qarşı atılan bu və ya digər addımlar təsadüfi deyil. F.Ələkbərli: "Sözdə "İran İslam” rejimi qədər rəsmi Moskvada Azərbaycan Respublikasının müstəqil, üstəlik güclənən, inkişaf edən varlğından hər zaman narahatdırlar. Əgər belə olmasaydı rəsmi Moskvanın hərbi dəstəyilə Ermənistan Azərbaycan torpaqlarını işğal edə edə bilməz, "İran İslam” adlı rejim isə hər cür dəstək verməzdi. Bir şey dəqiqdir ki, bu bölgədə Azərbaycan və Türkiyənin güclənmsindən, inkişafından ən çox narahat olan Rusiya Federasiyası və "İran İslam” ölkələridir. Bu anlamda Azərbaycan dövlətçilyinə qarşı fars-molla rejimiylə yanaşı, rəsmi Moskvanın da açıq və gizli şəkildə müyyən addmlar atması hamıya aydındır. Heç kəsə sirr deyil ki, istər "Ermənistan”, "Dağlıq Qarabağ” istərsə də Dərbəndə qədərki torpaqlarımız Rusiyanın vasitəyilə Azərbaycanın əlindən alınmışdır”.

 

Faiq Ələkbərli bildirdi ki, Azərbaycan türkləri Azərbaycan torpaqlarının zaman zaman işğalarıyla yanaşı 1918-ci il mart qırğınlarının, Xocalı Soyqırımının və digər faciəli hadisələrin törədilməsində Ermənistan qədər və ondan da çox Rusiya rəhbərliyinin əlinin olduğunu yaxşı bilirlər. Azərbaycan aliminə görə, bu gün rəsmi Bakı Rusiyaya ya da "İran İslama” münasibətdə ehtiyatlı siyasət yürütsə də, Azərbaycan xalqı, Azərbaycan türkləri əsil həqiqəti yaxşı bilirlər.

 

F.Ələkbərli: "Azərbaycan xalqı istər torpaqlarnın işğalı, istərsə də başına gətirilən bütün faciələrlə heç bir vaxt razılaşmayacaqdır. Bu anlamda Moskvada Azərbaycan bayrağına edilən hörmətsizlikdə cavabsız qalmayacaqdır. Hesab edirəm ki, Moskva meriyasının bu cür həyasızlığına qarşı bu şəhərdə yaşayan azərbaycanlılar da qanunlar çərçivəsində öz etirazlarını bildirəcəklər! Ancaq rəsmi Bakıda nə qədər ehtiyatlı siyasət yürütsə də, elə məsələlər var ki, onunla bağlı səssiz qalmamalıdır. Çünki bu üçboyalı Azərbaycan bayarğında şəhidlərimizn və qazilərimizin qanı vardır. Azərbaycan bayrağına toxunan, əl uzadan hər kimdirsə cavabını almalıdır. Onu da bildirim ki, digər məsələlərdə olduğu kimi, bu məsələni də ermənilərin üzərinə atmaq çox da doğru deyildir. Hətta, bunu ermənilər ediblərsə belə rusların yardımı ya da birbaşa sifarişi ilə ediblər. Başqa sözlə, ermənilərlə yanaşı rus şovinistlərinin də bu məsələdə rolunu ortaya qoymalıyıq. Hər bir şeyi yalnız ermənilərlə bağlamaq heç də çıxış yolu deyildir”.

 

 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300