Suares bu göstəricidə Messini qabaqladı

 

İspaniya La Liqasının 20-ci turunda "Betis” üzərində 5:0 hesablı qələbə "Barselona”nın futbolçusu Luis Suares üçün əlamətdar olub.

Qol.az-ın xəbərinə görə, görüşdə dubl edən uruqvaylı hücumçu "Barselona”da vurduğu qolların sayını 100-ə çatdırıb. O, La Liqada 100 qol vuran 5-ci "Barsa”lı olub.

Ancaq Suares bu göstəricidə digər 4 həmkarını qabaqlayıb. O, 100 qolu 114 oyunda vurub ki, bu da klub tarixinin ən yaxşı göstəricisidir.

Buna qədər ən yaxşı göstərici Samuel Etoya məxsus idi. Kamerunlu hücumçu 100 qolu 130 oyunda vurub. Lionel Messi isə 100 qolu 154 oyunda vurub. Ladislav Kubala 132, Sesar isə 159 oyunda 100 qol həddinə çatıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300