Bakı şəhərində fəaliyyət göstərən xalçayuma firmalarından biri haqqında redaksiyamıza şikayət məktubu daxil olub.

Uluyol.info xəbər verir ki, Ölkə.az-a müraciət edən BDU-nun dosenti Useynova Səidə Mahmud qızı bildirib ki, "Pak Xalça” firmasına iyul ayının 13-də yuyulmaq üçün iki ədəd bahalı, yun Kəşmir xalçası və bir neçə kilim verib. Aradan keçən 1-2 ay ərzində isə firmanın işçisi xalçanı gətirməyib. Səidə xanımın firmaya etdiyi çoxsaylı zənglərdən sonra işçilər kilimləri gətiriblər və boyunlarına alıblar ki, xalçayuyan aparata yeni aldıqları baraban onların xalçalarını korlayıb. Kilimləri gətiriblər, amma xalçaları İçərişəhərdə bərpa etmək üçün xalça ustasına veriblər.

Səidə xanımın dediyinə görə, o, qızı ilə birlikdə İçərişəhərdəki həmin ustanın yanına gedib və usta onlara xalçaların yararsız hala düşdüyünü və ancaq ondan həsir kimi istifadə edə biləcəklərini deyib. Səidə xanımın sözlərinə görə, onun təmiz yun xalçalarının birinin qiyməti 1500 dollardan az deyil.

Daha sonra özünü müdir kimi təqdim edən "Pak Xalça”nın işçisi onlara iki xalça əvəzində 100-200 manatlıq iki yeni xalça almağı təklif ediblər. Səidə xanım isə onların təklifi ilə razılaşmayıb. Daha sonra "Pak Xalça”nın yerləşdiyi yerə gedən şikayətçi gördüyü mənzərə qarşısında şoka düşüb. Firmanın internetdə yerləşdirdiyi müasir xalçayuma sexinin əvəzində Səidə xanım zibilliyə, antisanitariyanın hökm sürdüyü bir ambara düşüb.

Hazırda "Pak Xalça”nın rəhbərləri ona dəymiş zərəri ödəməkdən imtina edərək, zənglərinə belə cavab vermirlər.

Sizə "Pak Xalça”nın heç də pak olmayan sexinin fotolarını təqdim edirik:

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300