Azərbaycan Ordusunun hərbçisi şəhid olub
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.
Qaziler.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi
məlumat yayıb.
Nazirliyin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı
verir, səbr diləyir!