Yakutiyada mənfi 67 dərəcə şaxta qeydə alınıb

 

Termometrlər belə Rusiyanın Yakutiya bölgəsində soyuq temperatura davam gətirmir. Çərşənbə axşamı günü Yakutiyada hava temperaturu mənfi 67 dərəcədə olub.

Moskvadan 5 300 kilometr məsafədə yerləşən Yakutiya bölgəsində soyuq havalar adi həyata mane olmur. Adətən məktəblilər mənfi 40 dərəcədə temperatura baxmayaraq, məktəbə gedir. Lakin çərşənbə axşamı günü məktəblər bağlanıb və valiydenlərə uşaqları evdə saxlamaq tapşırılıb.

Rusiya televiziyasında Yer kürəsində ən soyuq yerlərindən biri sayılan Oymyakon kəndində mənfi 50 dərəcəyədək temperaturu göstərə bilən termometrin civəsinin ən aşağı həddə düşüb qaldığı göstərilib. 2013-cü ildə Oymyakonda ən aşağı rekord-mənfi 71 dərəcə temperatur qeydə alınıb.

Həftə sonu iki nəfərin avtomobil xarab olduğu üçün yaxınlıqdakı fermaya ayaqla getdiyi zaman donub öldüyü haqda məlumat verilib. Üç başqa adam isə təhqiqatçıların bildirdiyinə görə, daha isti geyimdə olduqları üçün sağ qalıb.

Yakutiya qubernatorunun mətbuat katibliyi bütün evlər və idarələrdə mərkəzi istilik sisteminin işlədiyini və lazım gəldiyi halda generatorlardan istifadə imkanı olduğunu bildirib.

Yakutiya sakinləri üçün soyuq hava qeyri-adi bir şey deyil. Bu həftə hava şəraitinin çox soyuq olması yerli xəbər başlıqlarında heç yer belə almayıb.

Lakin bəzi media vasitələri soyuq havada çəkilmiş selfie-lər və ekstremal soyuq hava şəraitində müxtəlif əhvalatlar haqda materiallar dərc edib. Bir qadın soyuq havada donmuş kirpiklərinin göründüyü foto-şəkli sosial mediada paylaşıb. Daha bir fotoda isə çinli tələbələrin kəskin soyuqda isti çeşmə suyuna girdiyi göstərilir ("Amerikanın səsi").

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300